Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Məhkəmə Saakaşvilini azadlığa buraxmadı


Mixeil Saakaşvili məhkəmə ilə videobağlantı zamanı
Mixeil Saakaşvili məhkəmə ilə videobağlantı zamanı

Tbilisi məhkəməsi fevralın 6-da Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhətinin pisləməsi ilə bağlı və xaricdə müalicə olunması məqsədilə vaxtından əvvəl azad olunmasına və ya cəzasının təxirə salınmasına dair vəsatəti rədd edib.

Bu məlumatı AzadlıqRadiosunun Gürcü xidməti verib.

Bundan əvvəl keçmiş prezidentin vəkilləri onun reanimasiyaya keçirildiyini bildirmişdilər.

Tərəfdarları Saakaşvilinin həbsxanada zəhərləndiyini iddia edirlər.

Komandasının verdiyi məlumata görə Saakaşvili məhkəmənin bu qərarını siyasi rəqiblərinin onun barəsində “ölüm hökmü” adlandırıb.

“Yeni Maqnitski siyahısı”

Bundan əvvəl Saakaşvili vəkillərinə demişdi ki, onu həbsxanada vaxtilə Sergey Maqnitskinin öldürüldüyü metodlarla, amma “daha qəddar və daha açıq şəkildə” öldürürlər.

O tanınmış maliyyəçi Uilyam Brauderi “faciəli sonluğu” gözləmədən yerli insan haqları müdafiəçilərinə “yeni Maqnitski siyahısının” tərtibində kömək etməyə çağırmışdı.

Saakaşvilinin anası:"Oğlum huşunu itirib, qızdırması 39-a qalxıb"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Brauder köməyini vəd etmiş və Saakaşvilinin vəkillərindən keçmiş prezidentin zəhərlənməsində şübhəli saydıqları şəxslərin siyahısını istəmişdi.

O demişdi ki, mümkün sanksiyaların qoyulması üçün bu siyahını Qərb hökumətlərinə təqdim edəcək.

Yanvar ayında Gürcüstanda və dünyanın 20-dən çox ölkəsində Saakaşviliyə dəstək aksiyaları keçirilib.

Aksiya iştirakçıları Saakaşviliyə Avropa İttifaqı klinikalarından birində müalicə olunması üçün imkan yaratmağı tələb edirdilər.

Bundan əvvəl

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

Keçmiş prezident özünə qarşı bütün ittihamları rədd edir. O fevralın 1-də keçirilən məhkəmə dinləməsində videobağlantı ilə çıxış edib:

"Mən bütün bilik və bacarığımı Gürcüstana vermişəm...İndi etdiyim yeganə rica mənə adekvat müalicə almağım üçün imkan yaradılmasıdır”.

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilirdi.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər

XS
SM
MD
LG