Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

Cəmil Həsənli: 'Ötən 25 ildə Mehman hökumətdən heç bir maliyyə yardımı almayıb'


Avropa Şurasından hökumətə Mehman Əliyevlə bağlı çağırış
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Avropa Şurasından hökumətə Mehman Əliyevlə bağlı çağırış

“Turan” agentliyi avqustun 25-də məlumat yayıb ki, onun bank hesabları da dondurulub və bu Mehman Əliyevə qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədardır.

Agentlik deyir ki, belə şəraitdə normal fəaliyyət göstərmək çox çətindir, ona görə də Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq, fəaliyyətini öz şəxsi vəsaiti hesabına davam etdirəcək.

Buna da bax:​ Mehman Əliyev həbs edildi [video]

“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, Mehman Əliyevin həbsi və “Turan”ın bağlanması biabırçılıqdır və hakimiyyətin sifarişidir

Elçin Şıxlı
Elçin Şıxlı

Söhbət burda yalnız “Turan”dan getmir, bütövlükdə Azərbaycan mətbuatına təhlükədən gedir. Bu, illərdir baş verir. “Turan” da sonuncudur. Bilmirəm, “Sonuncu mogikandır” ya yox. Hər halda sonunculardan ən sonuncudur. Mən Azərbaycan mediasının durumunu görmürəm, olmayan şey haqqında danışa bilmərəm”.

Buna da bax: 'Azərbaycanda media məkanı tamamilə hökumətin əlində olacaq' - Bəyanat

Elçin Şıxlı düşünür ki, Azərbaycanda peşəkar, jurnalist etikasına riayət edən sonuncu jurnalistika qurumu susdurulur, peşəkar bir media rəhbəri həbs olunur, bu isə çox acınacaqlıdır.

Müxalifət düşərgəsindəki Milli Şura bu barədə bəyanatında deyir ki, Mehman Əliyevin həbsi cəmiyyətə zərbə məqsədi daşıyır.

Cəmil Həsənli
Cəmil Həsənli

Şuranın sədri Cəmil Həsənli Azadlıqradiosu-na müsahibə verib. O düşünür ki, əgər indiyə qədər hakimiyyət media kapitanlarını həbs edirdisə, indi generalın özünü tutub.

"Mehman müstəqil Azərbaycan mətbuatının əsasını qoyan şəxslərdən biridir. Bu müstəqillik o qədər olub ki, ötən 25 il ərzində Mehman hökumətdən heç bir maliyyə yardımı almayıb. Çünki o peşəkardır və peşəkar bir media qurumu yaratmışdı".

Beynəlxalq ictimaiyyət də “Turan” agentliyinin fəaliyyətini dayandırmasına və Mehman Əliyevin həbsinə münasibət bildirib.

Buna da bax:​ 'Turan'la bağlı prezidentə və 1-ci vitse-prezidentə müraciət edildi

Avropa Şurasının baş katibi Thorbjorn Jagland (Thorbjørn Jagland) da olayla bağlı bəyanat verib.. Xatırladıb ki, Avropa Şurası Azərbaycan hakimiyyət ilə, cəza sisteminin yüngülləşdirilməsi ilə bağlı yaxından işləyir- məqsəd lazımsız kəskin məhkəmə qərarlarından, saxlanmalardan çəkinməkdir. Belə bir dövrdə isə Mehman Əliyev saxlanıb.

Thorbjorn Jagland
Thorbjorn Jagland

Avropa Şurasının baş katibi Thorbjorn Jagland da olayla bağlı bəyanat verib.. Xatırladıb ki, Avropa Şurası Azərbaycan hakimiyyət ilə, cəza sisteminin yüngülləşdirilməsi ilə bağlı yaxından işləyir- məqsəd lazımsız kəskin məhkəmə qərarlarından, saxlanmalardan çəkinməkdir. Belə bir dövrdə isə Mehman Əliyev saxlanıb.

"Mən Azərbaycan hakimiyyətinə müraciət edirəm ki, ölkənin Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmət etsin. Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə tam əməl etsin. Əks halda azadlığın növbəti dəfə ədalətsiz olaraq məhdudlaşdırılması baş verəcək. Buna isə demokratik cəmiyyətlərdə yer yoxdur.

Media və jurnalistlər öz fəaliyyətlərini azad şəkildə davam etdirə bilməlidirlər. Bu zaman qorxudulmamalı və onların işlərinə müdaxilə edilməməlidir”.

Buna da bax:​ 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

ABŞ Senatoru Ben Kardin öz “Twitter” hesabında Mehman Əliyevin həbsi ilə bağlı bəyanat verib.

"Bu, olduqca, ciddi narahatlıq doğurur, Azərbaycan, azad və müstəqil mətbuata layiqdir".

“Bloomberg” agentliyi “Turan” agentliyi ilə bağlı yazısına “Azərbaycanın sonuncu müstəqil xəbər xidməti fəaliyyətini dayandırmalı oldu” başlığını qoyub.

Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Stefan Schennach hökuməti Mehman Əliyevin azadlığa buraxılmasını təmin etməyə səsləyib.

Nyu-York-da mənzillənən Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi bəyanat verib ki, Mehman Əliyevin həbsi siyasi motivlidir.

Buna da bax:​ N.Ognianova: 'Azərbaycanın müstəqil mediası üçün bu yay çox çətin oldu'

Təşkilatın koordinatoru Nina Ognianova deyib ki, “hakimiyyət sistemli olaraq jurnalistləri həbs edir və Cinayət Məcəlləsindən istifadə edərək müstəqil medianı sıxır”.

Nina Ognianova
Nina Ognianova

Yeni Azərbaycan Partiyasından deputat Səməd Seyidov isə avqustun 16-da, "Turan"da vergi yoxlaması başlanandan sonra AzadlıqRadiosu-na demişdi ki, hüquq mühafizə orqanlarının işinə müdaxilə etmək düzgün deyil.

Buna da bax:​ Sərhədsiz Reportyorlar 'Turan'a cinayət işi açılmasını pisləyir

Bu gün - avqustun 25-də Mətbuat Şurası da prezident İlham Əliyevə müraciət edib, xahiş edib ki, insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapması üçün köməyini əsirgəməsin.

Jurnalistləri Müdafiə Komitəsinin 2015-ci il hesabatına görə, Azərbaycan, mətbuatı dünyada ən çox təzyiqə məruz qalan 10 ölkə sırasındadır. Hökumət isə heç bir jurnalistin peşə fəaliyyətinə görə tutulmadığını deyir.

XS
SM
MD
LG