Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:17

“Persona qrata - Mehriban Əliyeva"


-

Prezidentin həyat yoldaşı, H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva haqqında “AMOR” jurnalında məqalə çap edilib. “Persona qrata” bölməsinin qəhrəmanı olaraq.

Qızı Leyla Əliyevanın rəhbərlik etdiyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin orqanı olan jurnalda yazılıb ki:

“Başqalarına yardım etməyə daim hazır olmaq Mehriban xanımın əsas həyat prinsiplərindən biridir. Yalnız başqalarına ürəyi yanan, onların dərdinə şərik olmağı, sözdə deyil, işdə kömək etməyi bacaran incə qəlbli insan öz ad gününü uşaq evlərinin və internat məktəblərinin yetirmələri ilə birlikdə bayram edə, yanğın zamanı zərər çəkmiş körpəyə baş çəkə, talassemiyadan əziyyət çəkən pakistanlı uşaqlar üçün iftar süfrəsi təşkil edə bilər”.

AzərTAc-ın məlumatına görə, baş redaktor Leyla Əliyeva isə jurnaldakı “Hər şey ideyadan başlayır...” məqaləsində yazır ki, “heç bir cəsarətli layihə onun əsasını təşkil edən, gerçəkləşməsinin təməli olan parlaq fikirsiz baş tuta bilməz”. Onun fikrincə, ideya çoxdankı arzudan da doğa bilər, tamamilə təsadüfən də ağla gələ bilər, yaxud uzun sürən tədqiqatların nəticəsi, birgə işin bəhrəsi ola bilər. Leyla Əliyeva yazır: “Amma əgər ideya yaranıbsa, hətta ilk baxışda nə qədər ağlasığmaz görünsə belə, onu əldən verməmək, ona möhtəşəm, bəlkə də bizi dəyişdirəcək, hətta bütün dünyaya təsir göstərəcək nəyəsə çevrilmək şansı vermək lazımdır”.

Müəllif hesab edir ki, “ola bilsin, Azərbaycanda qlobal tədbirlər – “Eurovision”, Olimpiya səviyyəli idman yarışları, irimiqyaslı beynəlxalq forumlar keçirmək fikri də əvvəlcə çətinliklə həyata keçirilə biləcək tədbirlər kimi görünürdü. Amma hamımız birlikdə bunun öhdəsindən mükəmməl gəldik, gələcək üçün də yüksək plankalar müəyyən etdik”.

Heydər Əliyev Fondu haqqında birmənalı rəy yoxdur. Onun maliyyə qaynaqlarının şəffaflığının şübhə doğurması haqda jurnalist araşdırmaları da çap edilib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG