Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:45

Yeni eskalatorların hərəsi metropolitenə 1 milyon manatdan baha başa gələcək


Metro
Metro

İqtisadiyyat Nazirliyi «Bakı Metropoliteni» QSC-nin Rusiyadan alacağı 25 ədəd eskalatorun dəyərini açıqlayıb. Mayda təchizatçı şirkət Azərbaycandakı tərəfdaşıyla müqavilə bağladığını elan etsə də, məbləği açıqlamamışdı. Elə AzadlıqRadiosunun quruma göndərdiyi sorğu da cavabsız qalmışdı.

Ötən ilin avqustunda metropoliten «Bənövşəyi xətt» üzrə şərti adı B03 olan stansiya üçün 17 ədəd, «Sahil» və «Xətai» stansiyaları üçün 8 eskalatorun alınması üçün tender elan etmişdi. İddiaçıların sənədlərinin sentyabrın 30-da açılacağı nəzərdə tutulurdu.

İNDİYƏDƏK BAĞLANAN BAHALI MÜQAVİLƏ

İndi bəlli olur ki, «thyssenkrupp» elevator şirkətinin Rusiya və Azərbaycan üzrə filialının «Bakı Metropoliteni» QSC ilə bağladığı müqavilənin dəyəri 29 milyon 151 min 674 manatdır. Buraya eskalatorların quraşdırılması, sazlanması və işə buraxılması xərcləri də daxildir. Bir ədəd eskalator 1 milyon 166 min manatdan yuxarı başa gələcək. Gömrük məlumatları bunun son 3 ildə eskalator alınmasına sərf olunacaq ən yüksək məbləğ olduğunu təsdiqləyir.

Bakı metropoliteni AzadlıqRadiosuna tenderə qatılmış digər iştirakçıların adlarını təqdim etməyib. Elə eskalatorların ölkəyə nə zaman gətiriləcəyi, «Sahil» və «Xətai» stansiyalarında mövcud eskalatorların nə vaxt yenisi ilə əvəzlənməyə başlanacağı haqda da bilgi yoxdur.

ESKALATOR ALINIR, LİFT YOX

Ötən ilin avqustunda elan edilən tenderin nəticələri ilə bağlı qaranlıq məqamlar bununla yekunlaşmır. Məsələ bundadır ki, o zaman «Bakı Metropoliteni» QSC tenderin ikinci lotunun (hissəsinin) davamından imtina etmişdi. B03 stansiya üçün 17 ədəd eskalatordan savayı, metropoliten 3 ədəd sərnişin liftinin alınması nəzərdə tuturdu. Lakin bu il fevralın 9-da Tender Komissiyası «maliyyə imkanlarının məhdud olması» səbəbindən liftləri almayacağını bəyan etmişdi.

Bakı Metropoliteninin saytından

METROPOLİTEN «PUL YOXDUR» DEYİRDİ

Başqa bir müəmmalı məqam isə metropolitenin eyni səbəbdən davamından imtina etdiyi digər tenderlə bağlıdır. İqtisadiyyat Nazirliyi bildirir ki, «Bənövşəyi xətt»in B03 stansiyası üçün tunel və stansiya güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması və digər işlərin icrasına görə «Bakventa» MMC ilə 2 milyon 449 min 409 manat məbləğində müqavilə bağlanıb.

Bakı Metropoliteninin saytından

BU İL HƏLƏLİK BİR ESKALATOR ALINIB

BMT-nin beynəlxalq ticarətə dair statistik məlumat bazasına əsasən, son 3 ildə Azərbaycana toplam dəyəri 20.4 milyon ABŞ dolları olan 700-dən çox müxtəlif ölçülü eskalator gətirilib. Eskalatorlar, əsasən, Çin, Almaniya, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri istehsalıdır.

Eyni dövrdə Azərbaycan gömrüyündən 600- dək eskalator keçib və onların bəyan olunan toplam qiyməti 24.4 milyon dollardan çoxdur.

Bu ilin birinci rübündə ölkəyə cəmi 1 ədəd eskalator gətirilib. Onun qiyməti 80 min 470 dollar olub.

XS
SM
MD
LG