Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

Jurnalist: 'Mənim əleyhimə ifadələr var idi' [Video]


Jurnalist Aynur Elgünəş prokurorluq qarşısında. 11 iyul 2017
Jurnalist Aynur Elgünəş prokurorluq qarşısında. 11 iyul 2017

Jurnalist Aynur Elgünəş bu gün, iyulun 11-də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 3 saatdan artıq dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə ‘Meydan TV’ internet resursu üzrə açılmış cinayət işi ilə bağlı olub.

“Bu dəfə də (jurnalist əvvəllər də dindirilib – A.R.) ənənəvi sualları yenidən verdilər. “Meydan TV” ilə bağlı suallar oldu. İstintaq sirri olduğunu dedikləri üçün açıqlaya bilmərəm”, - jurnalist deyib.

Jurnalist: 'Mənim əleyhimə ifadələr var idi'
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Buna da bax:​ Əfqan Muxtarlı işinə görə daha bir jurnalist dindirildi

Aynur Elgünəş iş üzrə şahid qismində dindirilib. Bununla belə, jurnalist deyib ki, cinayət işinə cəlb edilən bəzi şəxslər onun əleyhinə ifadə veriblər.

“Mənim əleyhimə ifadələr var idi. O ifadələrlə bağlı suallar oldu. Mən də öz cavablarımda həmin ifadələrin yalan olduğumu bildirdim”, - A.Elgünəş deyib.

"Meydan TV"nin cinayət işi həbsdə olan jurnalist Əfqan Muxtarlının işi ilə birləşdirilib.

Bundan əvvəl jurnalistlər İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, İslam Şıxəli, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri adıçəkilən cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Buna da bax:​ Nazirlik: 'Muxtarlının səhhətində kəskin vəziyyət aşkar olunmayıb'

XATIRLATMA

İki il əvvəl, 2015-ci ildə “Meydan TV”nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. O zaman "Meydan TV"nin rəhbəri Emin Milli demişdi: «Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Buna da bax:​ Muxtarlının işi Gürcüstan deputatlarının müzakirəsində

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

XS
SM
MD
LG