Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

'Kasıb krediti' niyə Banqladeşdə mümkündü, Azərbaycanda yox


Muhammad Yunus
Muhammad Yunus

►“300-500 dollarla biznesə başlamaq imkanı yoxdur”

“Yoxsulluğun sıfır səviyyəsinə endirilməsindən sonra gələcəkdə yoxsulluğun muzeyi yaradılacaq”.

Bunu sosial biznes və mikrokreditin «atası» sayılan Muhammad Yunus iyunun 20-də Bakıda “Kasıbların bankiri” adlı kitabının təqdimetmə mərasimində bildirib.

Mikrokreditlər ideyasını vətəni Banqladeşdə reallaşdıran, milyonlarla insanı kasıblıqdan qurtaran M.Yunus buna görə Nobel mükafatı alıb.

AzərTAC-ın məlumatına görə, Muhammad Yunus deyib ki, Azərbaycan bu istiqamətdə artıq işə başlayıb.

Azərbaycanda mikro kredit sistemi illərdir işə düşüb. Müxtəlif banklar müxtəlif məbləğlərdə mikro kreditlər verir. Məsələn, “Access Bank” müştərilərə 300 dollardan 30 min dollaradək mikro kredit (Azərbaycan manatı ekvivalenti ilə) təklif edir. Bank bildirir ki, mikrokrediti təcili maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes sahibləri götürürlər.

Məbləğin illik faiz dərəcəsi müddətdən asılı olaraq, 19-28 faiz arasıdır. Kredit götürmək istəyən şəxs daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi, torpaq), nəqliyyat vasitəsi, ev əşyaları, avadanlıqlar, dövriyyədəki mal, zamin girov qoya bilər.

Girov və ya zamin tələbi, demək olar ki, bütün banklarda var.

“Ya zamin istəyirlər, ya da girov”

“Əsgərlikdən bir ildir gəlmişəm, iş axtarıram, sənətim yoxdur”,- bunu 20 yaşlı Namiq Məmmədov deyir.

Əsgərliyini bitirəndən sonra marketlərdə çalışıb, amma aldığı maaş onu qane etmədiyindən çıxıb. Namiq deyir ki, əslində, biznesə marağı var, amma ona maya lazımdı:

“Gərək az da olsa, pulun olsun ki, bir işə başlayasan. Amma bank da girov istəyir, ya iş yerindən arayış. Heç kim də zamin durmaq istəmir”.

Müsahibimiz əlavə edir ki, Azərbaycanda kiçik bir biznesə başlamaqdan ötrü azı 3-4 min dollar lazımdır:

“Məsələn, yer götürəcəksən, onun kirayəsi var, işığı-suyu var. Mal alıb gətirməlisən, kimdi sənə nisyə mal verən? Kreditlərdə də faiz yüksəkdir”

Gülnar Mehdiyeva isə geyim mağazası açmağa 10 min dollara qədər pul xərcləyib:

“Bu, bir neçə il əvvəl idi. Bankdan kredit götürdüm, əlimdə olanın üstünə qoyub Türkiyədən keyfiyyətli mal gətirdim, “8-ci km” bazarının yanında mağaza götürdük. Satıcılığı da özüm elədim, amma alınmadı. Elə kirə pulu ödədik, bir də baxdıq ki, bir ucdan pul gedir, ortada bir şey yox. İndi 3 ildir ki, banka götürdüyüm krediti ödəyirəm”.

____________________________________________________________

Bunlara da bax:
İ.Əliyev: “Erməni qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdı”
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

“Banklarda faiz həddi çox yüksəkdir”

"Azərbaycanda kasıbların bankının olmasından ötrü sərbəst maliyyə mənbələri gərəkir."

Natiq Cəfərli: Kasıblar üçün kreditlər indiki şəraitdə mümkünsüz görünür
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bu fikirdədir. Onun sözlərinə görə, ölkədə sərbəst maliyyələşmə olsaydı, banklar bu qədər yüksək faizlə kredit verməzdi: “Banklarda yüksək faizli kreditə tələbat da var, ona görə də aztəminatlılar, kasıblara azfaizli kredit verən bankların yaradılması mümkünsüz görünür”.

Natiq Cəfərli hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarlığın inkişafını hədəfə alsa da, bu sektorda da verilən kreditlərin illik faizi kasıblar üçün çoxdur: “6 faizlə verilir”, o deyir.

Müsahibimiz əlavə edir ki, Azərbaycanda 300-500 dollarla bir biznesə başlamaq imkanı yoxdur. “Bu məbləğlə yalnız küçə ticarətinə başlamaq olar. Buna da polis icazə vermir, dərhal qarşısını alır. Bir də nəinki bu məbləğə, bundan 3-4 dəfə artıq məbləğə də Azərbaycanda iş qurmaq çətindir. Çünki ölkədə mülkiyyət toxunulmazlığı, ədalətli məhkəmə prosesləri ilə bağlı problem var”, Natiq Cəfərli bildirir.

“Ən çox maliyyələşmə iri sahibkarlığın üzərinə düşür”

Sahibkarlığa Kömək Milli Fondunun kiçik həcmli kreditləri 5 min manatdan başlayır və biznes layihələrinə illik 6 faizə qədər vəsait hesablanır.

Fond bildirir ki, 2015-ci ildə maliyyələşən 5 mindən çox kreditin 98 faizi kiçik biznesi hədəfləyib. Ötən il verilən güzəştli kiçik kreditlərin ümumi həcmi təxminən 55 milyon manat olub.

Ancaq mütəxəssislər ona da diqqət çəkirlər ki, kiçik biznes layihələrinin sayı daha yüksək olsa da, böyük həcmli kredit ümumi məbləğin 75 faizini təşkil edib.

Buna da bax: 68 yaşlı şagirdi siz də tanıyın! Oxumaq heç zaman gec deyil!

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG