Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

Milli Məclisdə ABŞ-ı hədələyən qanun layihəsi- MƏTN


Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barack Obama, 2010
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barack Obama, 2010

►"ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin"

Milli Məclisə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim olunub. (Nə vaxt müzakirə olunacağı açıqlanmayıb)

APA-nın məlumatına görə, qanun layihəsinin müəllifi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu üzrə komitəsinin sədr müavini, bitərəf deputat, Dağlıq Qarabağın azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Layihədə deyilir Azərbaycan müstəqillik illərində Azərbaycan bir sıra ölkələr, xüsusən də ABŞ –dakı müxtəlif qurumların ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üzləşib:

"Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır.

Mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəhclə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə kimi BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda “Uşaq hüquqlarına dair” Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.

Rövşən Rzayev
Rövşən Rzayev

Son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənib, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olub, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artıb. Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilmişdir. ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycanı bu ölkə ilə əməkdaşlıq və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir”-deyə layihədə bildirilir."

Milli Məclis
Milli Məclis

Qərar hissəsində bunlar qeyd edilir:

"Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycana gəlmək üçün viza verilməsindən imtina etsin:

Bu günlərdə ABŞ Nümayəndələr Palatasının üzvü Kris Smit "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi hazırlayıb. Orada deyilir ki, ABŞ Azərbaycanda insan haqlarını pozan rəsmilərə viza qadağası və digər sanksiyalar tətbiq etməlidir.

ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;

ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;

erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;

Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;

ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;

ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;

seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;

ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.

Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər".

Bundan başqa mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilir ki:

"ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;

ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;

ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;

Chris Smith
Chris Smith

Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;

ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;

ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın."

Qeyd edək ki, bu günlərdə ABŞ Nümayəndələr Palatasının üzvü Kris Smit "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi hazırlayıb. Orada deyilir ki, ABŞ Azərbaycanda insan haqlarını pozan rəsmilərə viza qadağası və digər sanksiyalar tətbiq etməlidir.

Millli Məclisdə konqresə təqdim edilən layihəmüzakirə edilib
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

ABŞ Azərbaycanda sanksiya qoyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

XS
SM
MD
LG