Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Məhkəməyə üz tutdu, özünü prokurorluğa verdilər


Mirsadiq Həmidov
Mirsadiq Həmidov

►Göyçaylı gənc: “Bu da sizə Azərbaycan məhkəməsi…"

Göyçay rayonunun Qarabaqqal kənd sakini Mirsadiq Həmidov AzadlıqRadiosuna başına gələnlərdən danışır.

Deyir, mübahisəli torpaq məsələsini çözməkdən ötrü Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi, necə deyərlər, ona baha oturub. Məhkəmə ərizəni icraata götürüb araşdırmaqdan və qətnamə qəbul etməkdənsə, hakim köməkçisi onun özünü prokurorluğa və polisə verib:

“72 sot torpağımız var. Bunun 62 sotunu sənədləşdirmişik. 10 sotu qonşu tərəfindən zəbt olunduğundan məhkəməyə müraciət etmişik. Martın 11-də məhkəmədə tanışlıq iclası keçirildi. Qarşı tərəf gəlməmişdi. Hakim Fərhad Əfəndiyev bildirdi ki, məsələ ilə bağlı 10 gün ərzində ekspertiza təyin olunacaq, tərəflər məlumatlandırılacaq. Vaxt tamam oldu, məhkəmədən xəbər çıxmadı. Məsələnin nə yerdə qaldığını öyrənmək üçün məhkəməyə getdim. Hakimin köməkçisi Ülkər Kərimova vətəndaşlarla olduqca kobud rəftar edir. Mənə də qaba cavab verdi. Bir nömrə yazıb verdi ki, əlaqə saxlayım, məlumat alım”.

“BU DA SİZƏ AZƏRBAYCAN MƏHKƏMƏSİ”

Mirsadiq Həmidov köməkçinin verdiyi telefon nömrəsinə zəng vuranda məlum olub ki, nömrə yanlışdır. Məhkəməyə qayıdaraq köməkçiyə iradını bildirib. Köməkçi isə onu otaqdan qovub. Deyir, o da sakit durmayıb Ədliyyə Nazirliyinin “qaynar xətt”inə zəng vurub, köməkçinin hərəkətlərindən şikayət edib.

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

Ədliyyə Nazirliyindən cavab verilib ki, məhkəmənin işinə qarışa bilməzlər. Mirsadiq Həmidov deyir, o, nazirlikdən hakimin icraatındakı məhkəmə işinə qarışması yox, hakim köməkçisinin hərəkətlərinə görə ölçü götürülməsini istəmişdi. Nazirlik işə qarışmasa da, tezliklə rayon polisi və prokurorluğu işə qarışıb, özü də elə hakim köməkçisinin ərizəsi əsasında… Deyir, köməkçinin bir ətək təhqirinin qarşısında ona “utanmaz” deməsinə görə, onu polisə və prokurorluğa verib. Hakim isə xəbər göndərib ki, 10-15 günlük inzibati həbslə də olsa, onu “içəridə yatırdacaq”:

“Bu da sizə Azərbaycan məhkəməsi. Vətəndaş ədalətin bərqərar olunmasından ötrü ali orqan sayılan məhkəməyə üz tutur, əvəzində özünə qarşı saxta cinayət işi açdırıb həyatını məhv edirlər”.

CİNAYƏT İŞİNƏ XİTAM VERİLMƏSƏ...

Mirsadiq Həmidov ölkə başçısına, Ombudsmana müraciət edib. Ancaq nəticəsi olmayıb. Hazırda Ukraynada təhsilini davam etdirir. Deyir, əgər barəsindəki qondarma cinayət işinə xitam verilməsə, ölkəyə dönməyəcək:

“Valideynlərim diabet xəstəliyinin ağır formasını keçirirlər. Üstəlik, məhkəmənin ailəmizin başına açdığı oyun onları daha da sarsıdıb. Bacım və mən tələbəyik, pullu təhsil alırıq. Ailəmizin qara qəpik də gəliri yoxdur. Halal torpağımızı əkib məhsul götürə bilmirik. Məgər anamız hesab etdiyimiz Azərbaycanımızda yaşamaq haqqımız yoxdurmu? Niyə ömrümün gənc çağında gəlib dini, dili mənə yad olan dövlətlərə sığınmalıyam? Ölkənin içində ədalət umduğumuz məhkəmələr tərəfindən şərləniriksə, yad dövlətlərdən özümüzə qarşı niyə ədalət tələb edirik?”

Göyçay rayon Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, mübahisəli torpaqla bağlı iddiaçı Mirsadiq Həmidov yox, onun atası Ağamusa Həmidovdur. Mirsadiq Həmidovun hakim köməkçisinə qarşı kobud hərəkətinə görə bu ilin aprelində Göyçay polisinə müraciət olunub. Göyçay polisindən isə araşdırma davam etdiyindən “Qaynar xətt”ə məsələ ilə bağlı heç bir məlumat verilməyib. Mirsadiq Həmidovsa ölkəyə dönsün, ya dönməsin? - bir müddətdir ki, bu barədə düşünür.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG