Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Mirzoyan ‘əsas məsələ Qarabağdır’ deyir


Ararat Mirzoyan
Ararat Mirzoyan

Ötən həftə rəsmi Yerevan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarının keçirilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etmişdi

“Azərbaycanın martın 10-da Ermənistana təqdim etdiyi təkliflərin arasında ümumən Yerevan üçün qeyri-məqbul heç nə yoxdur. Bu başqa məsələdir ki, bu təkliflər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh gündəliyini tam əks etdirmir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisdə suallara cavab verərkən deyib:

“Hesab edirik ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və Dağlıq Qarabağın statusu əsas və prinsipial məsələlərdir. Bax bu hərtərəfli əsasda biz danışıqlara başlamağa hazırıq və məhz bu məsələ ilə bağlı BMT Nizamnaməsi, siyasi və vətəndaş hüquqlarına dair beynəlxalq Pakt və Helsinki yekun aktına əsaslanaraq sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etmişik”.

Ötən həftə rəsmi Yerevan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqlarının keçirilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etmişdi.

Həmsədrlər bu müraciətə hələki cavab verməyiblər.

Azərbaycan da Minsk qrupu çərçivəsində danışıqlar təklifinə cavab verməyib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair daha iki bəyanat imzlayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan prezidneti Dağlıq Qarabağ münaqişəsini həll olunmuş hesab etdiyini bildirib.

Rusiya rəsmiləri isə bildirirlər ki, ATƏT-in Minsk qrupu əsasən humanitar məsələlərlə məşğul olmalıdır.

XS
SM
MD
LG