Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:38
Etiraza çıxanların həbs kadrları
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Etiraz edənlərin saxlanması, 19 oktyabr 2019

Milli Şuranın Bakıda etiraz aksiyası- Əli Kərimli azadlığa buraxılıb, başında xəsarətlər var...

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Bakı, 19 oktyabr 2019
Bakı, 19 oktyabr 2019

Mitinqə görə, bağlanan metro stansiyalarının fəaliyyəti bərpa olunub

Arxiv foto
Arxiv foto

Oktyabrın 19-da saat 13:00-da Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Saxlanmazdan öncə AXCP sədri Əli Kərimlinin dedikləri
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Saxlanmazdan əvvəl AXCP sədri Əli Kərimlinin dedikləri

Əli Kərimli evdən çıxarkən aksiyanın məqsədləri haqqında danışıb, o deyib ki, biz aksiya keçirmklə "azad seçki" və "Qarabağa azadlıq" tələb edirik. Bu zaman partiya sədrinə yaxınlaşan kameraman o "Əli bəy siz bu sözləri niyə gedib Lökbatanda demirsiz" deyə sual verib. Əli Kərimli bu suala çocdan cavab verildiyini deyib və ətrafdakı tərəfdaşlarını təxribatlara getməməyə çağırıb.

Əli Kərimli deyib ki, məqsəd onun meydanda tək olduğunu göstərməkdir

AXCP sədri Əli Kərimlinin saxlanmasından öncə bəzi mülkü geyimli şəxslər onunla birgə addımlayan bəzi aksiya iştirakçılarına zor tədbiq ediblər. Bu zaman onunla Tofiq Yaqublu bir yerdə olub. Əli Kərimli ilə birgə addımlayan bir aksiya iştirakçısının üst geyimi də əynindən çıxarılıb. Əli Kərimli yaxınlıqdakı jurnalistlərə deyib ki, məqsəd onun ətrafındakı adamları belə kənarlaşdırmaqla onun meydanda tək olduğunu göstərməkdir. Əli Kərimli saxlanarkan onun özünə də fiziki mudaxilə olub.

Əli Kərimli və Tofiq Yaqublu birgə mitinqə gələrkən mülki geyimlilərin təzyiqləri ilə üzləşiblər
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Baki polisi 60 nəfərin saxlandığını bildirir

Bakı Şəhər Baş Polis İdarəsi ( BŞBPİ) Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən yayılan məlumatda bildirilir ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib:

“Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb.Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb", - deyə məlumatda bildirilir.

Davamı

XS
SM
MD
LG