Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Vəkil: ‘Əfqan Muxtarlının ürəyində ağrılar var’


Bu gün, iyunun 21-i vəkil Elçin Sadiqov Bakı İstintaq Təcridxanasında jurnalist Efqan Muxtarlı ilə görüşüb.

Vəkilin deməsinə görə, jurnalist həkim müayinəsindən keçib:

“Həkim gəlmişdi, onun ürəyini müayinə etdi. Həkim bildirdi ki, həbsi Əfqan Muxtarlının səhhətinə çox pis təsir edib. Əfqan Muxtarlının ürəyində ciddi ağrılar var idi. Ancaq mən bilmirəm ki, həmin həkim öz rəyində nə yazacaq”

Elçin Sadıqov həmçinin deyib ki, jurnalistə yaxınlarına zəng vurmağa icazə verilmir:

“Mən bu gün Əfqan Muxtarlının xanımının telefonunu ona vermək istədim. Ancaq buna icazə verilmədi. Əfqan Muxtarlı ciddi nəzarət altında saxlanır…”

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittihamlar irəli sürülüb.

Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə. Muxtarlı iki ildən çoxdur ki, Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

XS
SM
MD
LG