Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Vəkil: ‘Məqsəd seçki məntəqələrində videoçəkilişlərin qadağanıdır’ (VIDEO)


DTX icra başçılarını necə həbs edir?
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00

DTX icra başçılarını necə həbs edir?

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun izahına görə 76 saylı Lənkəran-Astara seçki dairəsində məşvərətçi səs hüquqlü məntəqə üzvü Jalə Bayramova başqa vətəndaşın videosunu çəkdiyinə görə döyülüb. Yerli medianın yazdığına görə, o MSK-nın fevralın 20-dəki iclasında deyib ki, indi həmin vətəndaş da Jalə Bayramovadan şikayət edib:

“Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

Məzahir Pənahov əlavə edib ki, bu əməlinə görə müşahidəçinin özü cəzalandırılacaq.

Jaləni döyənləri MSK niyə müdafiə edir?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Jalə Bayramova isə deyir ki, MSK sədrinin fikirlərindən mediadan xəbər tutub. Özünə bu haqda heç bir rəsmi məlumat verilməyib. O bildirir ki, əvvəlla həmin videoda o xanımı çəkməyib, məntəqədə komissiya üzvünün istəyi ilə onu çəkirmiş, bu vaxt xanım özü ona yaxınlaşıb və ona hücum edib.

Jalə Bayramovanın sözlərinə görə, hətta o çəkiliş etmiş olsaydı belə, burada qeyri-qanuni bir hal yoxdur:

“Çünki orda heç bir şəxsi həyatı əks etdirən görüntü, məlumat və ya sirr yoxdur. Seçki prosesidir, bu prosesdə isə aşkarlıq prinsipi əsasdır. Həmin görüntülər isə ictimaiyyəti maraqlandıran bir məsələdir, üstəlik məşvərətçi hüquqlu məntəqə üzvünün döyülməsini əks etdirir. Mən belə başa düşürəm ki, belə bir rüsvayçılıq, bunun görüntülənməsi onları çox narahat edir. Bu aqressiyaya görə düşünürəm ki, Məzahir Pənahov mənə hücum edir”.

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

"Bu aşkarsızlığın başlanğıcıdır"

Hüquqşünas Adil İsmayılov da bildirir ki, MSK sədrinin dedikləri doğrudursa, məntəqədə çəkiliş apardığı üçün kiminsə cəzalandırılmasının heç bir qanuni əsası yoxdur.

Adil İsmayılov düşünür ki, bütün bu addımların bir məqsədi ola bilər. Gələcəkdə seçki prosesinin telefon, kamera ilə çəkilişini yasaqlamaq. Onun firkincə bununla da seçki pozuntularının ictimailəşdirilməsinin qarşısını almaq istəyə bilərlər:

“Bu məsələlərin sonu deyəsən ona tərəf gedir ki, məntəqələrdə çəkilişi məhdudlaşdırsınlar. Yəni, qadağalar ola bilər ki, mobil telefonla və ya kamera ilə çəkiliş olmasın. Güman edirəm ki, bu da onun başlanğıcıdır”.

Lakin Adil İsmayılov düşünür ki, belə bir addımın atılması seçkidə aşkarlıq prinsipi də daxil qanunları ciddi şəkildə pozmuş olar.

Onun fikrincə, MSK özü də aşkarlıq prinsipini əsas götürdüyünü bəyan edir, məntəqələrə web kameralar quraşdırır. Belə olan halda Məzahir Pənahovun “vətəndaşın razılığı olmadan onu seçki prosesində çəkmək olmaz” deməsi ilə, məntəqələrdə web kameraları quraşdırması uzlaşmır.

Məhkəmənin hərəkəti qanunsuzdur

Amma Adil İsmayılovun fikrincə, hər hansı formada seçki pozuntularının video görüntüyə alınmasının qarşısını almağa çalışa bilərlər.

Elə məntəqələrdə çəkilən videolarla bağlı daha bir mübahisə bu gün məhkəməyə də çıxarılıb.

Hakimlər məntəqələrdə seçki pozuntuları ilə bağlı videoları dəlil kimi qəbul etməyiblər.

Hadisə Fevralın 21-də Bakı apelyasiya məhkəməsində deputatlığa qeydə alınmış namizəd Bəxtiyar Hacıyevin şikayəti üzrə keçirilən prosesdə yaşanıb.

Hakimlər Bəxtiyar Hacıyevin məhkəməyə təqdim etdiyi videoları dəlil kimi qəbul etməmələrini həmin videoların tərəflərin razılığı olmadan çəkilməsi ilə əsaslandırıblar.

Bəxtiyar Hacıyev isə bu qərardan Ali Məkəməyə şikayət edəcəyini bildirib.

XS
SM
MD
LG