Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:40

Nardaran hadisələrindən 2 il ötdü [Video]


Noyabrın 26-da Nardaran hadisələrinin 2 ili tamam olur.

2 il əvvəl Bakının Nardaran qəsəbəsində altı nəfərin qətlə yetirildiyi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda ölənlərin ikisi polis olub.

Bu əməliyyatdan sonra 100-ə qədər insan həbs olunub, onların da əksəriyyəti Nardaran sakinləri və “Müsəlman Biliyi” Hərəkatının üzvləri idi.

Hərəkatın sədri, hazırda həbsdə olan ilahiyyatçı Taleh Bağırov Nardaran hadisələrinin ildönümü ilə bağlı yaydığı açıqlamada bildirib ki, onların heç bir günahı yoxdur.

Buna da bax: Nardaranlılar: "Meyitləri verin, basdıraq!.."

"Meyitləri verin, basdıraq!" - Nardaran hadisələrindən 2 il ötür
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

İlahiyyatçının sözlərinə görə, özü də daxil, həbs edilənlərin vəöldürülən dörd nəfərin heç birində silah olmayıb, namaz qıldıqları yerdə polislər evə hücum edib.

“Şərəfli Azərbaycan xalqı bilsin ki, biz öz mübarizəmizi sonadək aparacağıq. Heç bir hədə, heç bir qorxu bizi öz yolumuzdan çəkindirə bilməz”, - ilahiyyatçının sözləridir.

“Müsəlman Biliyi” hərəkatının lideri vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsini da onun Nardaran hadisələri ilə bağlı həqiqətləri açması ilə əlaqələndirib:

Buna da bax: Nardaran meydanından gecə görüntüləri

Nardaran meydanından gecə görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

“Yalçın İmanovun vəkillik karyerasına son verilməsinin səbəbi Nardaran hadisəsində günahsız həbs olunan insanları müdafiə etməsidir. Məhkəmədə qarşı tərəfin saxta ittihamlarını ustalıqla dağıdan, “Nardaran məhbusları”nın günahsızlığını sübut edən Yalçın İmanovun vicdanlı və prinsipial mövqeyi hakimiyyətin qəzəbinə səbəb olub.

Hakimiyyəti öz səhvini düzəltməyə, Yalçın İmanovun vəkillik fəaliyyətini bərpa etməyə və vəkillərə qarşı təzyiqləri dayandırmağa səsləyirik”.

Buna da bax: Nardaran sakinləri baş verən hadisələri bu cür izah edirlər

Nardaran olayından 2 il ötür. Sakinlər o zaman bunu deyirdi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Xatırlatma

2015-ci ilin noyabrında Nardaranda baş verən hadisədənsonra yüzə yaxın adam həbs olunub. Onlardan 44 nəfərinə terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə ittiham verilib. Qalanları isə evlərindən silah tapılması, polisə müqavimət kimi suçlamalarla iki ildən 6 il 6 aya qədər həbs cəzası alıb.

Buna da bax: Nardaran ağsaqqalı Hacı Natiq atışmadan danışır

Nardaran ağsaqqalı Hacı Natiq atışmadan danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı “facebook” səhifəsində qanunsuz çağrışlar etməkdə günahlandırılaraqhəbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha 26 nəfərin işi üzrə üç ayrı məhkəmə prosesi davam edir.

“Nardaran məhbusları” məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan “Nardaran məhbusları”ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb.Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

XS
SM
MD
LG