Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:44

Navalny: 'Belə getsə, Rusiya prezidentinin bir gözü ağ olacaq'


A.Navalny
A.Navalny

Rusiyanın müxalifət lideri Aleksei Navalny deyir ki, üzünə «zelyonka» hücumundan sonra bir gözü həmişəlik zədəli qala bilər. Aprelin 27-də naməlim şəxs Navalny-nin üzünə yaşıl antiseptik maye olan «zelyonka» atıb.

Navalny aprelin 30-da bloqunda yazıb ki, həkimlər həmin mayenin tərkibində başqa bir maddənin olduğunu, həmin maddənin də sağ gözünün buynuz təbəqəsini və bəbəyini yandırdığını düşünürlər.

Hadisə Navalny-nin antikorrupsiya təşkilatının Moskvadakı ofisinin qarşısında baş verib. Qeyd edək ki, o, gələn il Rusiyada keçiriləcək prezident seçkisində namizədliyini vermək istəyir.

Navalny vebsaytında yazıb ki, hər 15 dəqiqədən bir gözünə damcı dərmanı tökür və iynə vurdurur.

«TERMİNATOR»UN QƏHRƏMANI

«Görmə qabiliyyətinin itməməsinə çalışırıq. Alınmasa (təəssüf ki, bu, mümkündür), Rusiya prezidentinin bir gözü ağ rəngdə olacaq və dəbli görünəcək», – Navalny yazıb.

***Buna da bax-Rusiya telekanalı videoda Navalny-ya hücum edənin üzünü niyə 'ağardıb'?

Kremlin tənqidçiləri tez-tez «zelyonka» hücumlarına məruz qalırlar, amma adətən, bu hücumlar daimi izlər qoymur.

Navalny həmçinin, bu hücuma görə kimsənin məsuliyyətə cəlb olunacağına inanmadığını vurğulayıb.

Müxalifət lideri başına gələnlərlə məzələnməyi də bacarır. Özünün Arnold Schwarzenegger-in «Terminator» filmlərində yaratdığı təkgöz qəhrəmanıyla fotoşopda düzəldilmiş fotosunu paylaşıb və «Elə həmişə deyirdim ki, «Terminator 2» sevimli filmimdir, öz günahımdır», – yazıb.

Ötən ay Navalny Rusiyanın baş naziri Dmitry Medvedev-in mülkiyyətilə bağlı araşdırma yayıb, daha sonra ölkənin xeyli şəhərində antikorrupsiya etiraz aksiyaları keçirilib.

Prezident seçkisi ərəfəsində Navalny-ya cəza
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

«ZELYONKA»LI FƏALLAR

«Newsweek» dərgisində Damien Sharkov Navalny-nin və digər fəalların «zelyonka» hücumuna ilk dəfə məruz qalmadığını yada salır. Ötən həftənin əvvəlində bloqqer, antikorrupsiya fəalı Ilya Varlamov-a Stavropolda hücum edilib. Son bir həftədə Azad Avropa Radiosunun araşdırmaçı jurnalisti Galina Sidorova və liberal «Yabloko» partiyasının fəalı Natalia Fedorova-ya «zelyonka» atılıb. Fedorova müvəqqəti olaraq görmə qabiliyyətini itirib, çünki onun üzünə atılan yandırıcı mayenin mənşəyi hələ aşkarlanmayıb.

Bu ilin ən məşhur hücumu isə bu ilin fevralında baş verib. Rusiyanın liberal «PARNAS» partiyasının lideri, keçmiş baş nazir Mikhail Kasyanov-a «Putin-lə Rusiya» qışqıran bir nəfər yaşıl maye tullayıb.

Müəllif «zelyonka»dan Rusiya sərhədlərindən kənarda da əl atıldığını vurğulayır. Ukraynanın keçmiş baş naziri Arseniy Yatsenyuk və ölkənin Radikal partiyasının lideri Oleh Lyashko-ya oxşar hücum olunub.

Moskva Dövlət Tibb Universitetinin professor Pavel Vorobyov «Arqumentı i Faktı» qəzetinə deyib ki, bu rəngli antiseptik maddə keçmiş Sovet İttifaqı məkanında əksər apteklərdə satılır. Xaricdə qadağan olunmasa da, nadir hallarda istifadə olunur. Etanol tərkiblidir, dərini elə də yaxşı qurutmur.

«Zelyonka»dan, adətən, uşaqlar suçiçəyi çıxaranda yararlanırlar, yod kimi yandırmır, amma sonradan yaşıl rəngin dəridən təmizlənməsi də asan başa gəlmir. Müəllif «zelyonka»nın apteklərdə ucuz olduğunu, Rusiyada 10 millilitrinin 5 rubla satıldığını yazır.

XS
SM
MD
LG