Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:48

Hökumətin yeni qərarı: Hamamlar açılır...


Nazirlər Kabineti, Bakı, arxiv foto
Nazirlər Kabineti, Bakı, arxiv foto

NK-nın qərarında o da qeyd olunur ki, gələn il fevralın 1-dən dövlət orqanları, tibb, əczaçılıq, elm və təhsil müəssisələrində çalışanlardan peyvənd və əks-göstərişi təsdiq edən sertifikat tələb olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Dekabrın 11-də açıqlanan qərarda koronovirusla bağlı tətbiq edilən məhdudiyyətlərlə bağlı müəyyən yumşalmalar yer alıb.

Hökumətin qərarında deyilir ki, dekabrın 13-dən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur. Amma sənəddə müəyyən qaydalara əməl olunmasının vacibliyi vurğulanır.

Qeyd olunur ki, bu xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız koronavirusa qarşı ən azı 2 doza peyvənd olunmuşlar, sağalaraq immunitetə malik olmaları və peyvəndə əks-göstərişi müəyyən edən sertifikatı olan şəxslər istifadə edə bilər.

2 günlük yumşalma

Açıqlanan sənəddə Yeni il bayramı ilə bağlı ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı da müəyyən dəyişikliklər yer alıb. Beləki ictimai iaşə obyektlərinə 2021-ci il dekabrın 31-i saat 00:00-dan 2022-ci il yanvarın 1-i saat 02:00-dək fəaliyyət göstərməyə icazə verilir.

Şənlik mərasimlərində qonaqların sayının 150 nəfərdən çox olmaması qeyd edilir. O da vurğulanır ki, yaşı 18-dən yuxarı bütün qonaqlar, koronavirusla bağlı tələb olunan sertifikata malik olmalıdılar.

Qərara görə, şənlik mərasimlərində xidmət edənlərin (musiqiçilər istisna olmaqla) maska taxması məcburi olsa da qonaqlar üçün bu belə deyil.

Nazirlər Kabineti bildirir ki, şənlik mərasimi keçirilən yerlərin sahibləri fəaliyyət göstərən zalların sayı, tutumu, işçi və qonaqların sayı barədə (məclisin başlama və bitmə tarixi də daxil olmaqla) məlumatları tədbirin başlanmasına ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməlidirlər.

O da vurğulanır ki, tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

NK-nın qərarında o da qeyd olunur ki, 2022-ci il fevralın 1-dən dövlət orqanlarında çalışanlardan, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin əməkdaşlarından koronavirusla bağlı sertifikatlar tələb olunacaq.

XS
SM
MD
LG