Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Jurnalist Nevzorov ‘qiyabi’ həbs olundu


Aleksandr Nevzorov
Aleksandr Nevzorov

İstintaq Komitəsi martın 22-də Nevzorov barədə təhqiqat açdığını açıqlamışdı

Moskvadakı Basmannı rayonunun məhkəməsi mayın 6-da tanınmış jurnalist Aleksandr Nevzorovun qiyabi olaraq həbs edilməsi barədə hökm çıxarıb.

Moskvanın Ukraynaya hərbi basqınını kəskin tənqid edən Nevzorov Rusiya ordusu barədə saxta məlumatların yayılmasında ittiham olunur.

Bundan əvvəl Rusiya Nevzorovu axtarışa vermişdi. Jurnalist hazırda xaricdədir.

Dövlət Dumasının keçmiş deputatı və əvvəllər Vladimir Putinin etimadlı nümayəndəsi olmuş Nevzorova qarşı cinayət işinin açılması barədə İstintaq Komitəsi martın 22-də məlumat vermişdi.

Nevzorova qarşı ittihamda onun konkret olaraq Mariupoldakı doğum evinin Rusiya tərəfindən bombardman edilməsi barədə dediklərinə istinad edilir.

Jurnalist bu hücumunm bilərəkdən edildiyini demişdi. Hərbçilərin bilərəkdən mülki obyektlərə hücum etməsi beynəlxalq qanunla müharibə cinayəti hesab olunur.

Rusiya Ukraynada mülki obyektləri hədəflədiyini israrla danır, üstəlik bu hərəkətlərin Ukrayna qüvvələri tərəfindən edildiyini bildirir.

Mariupoldakı doğum evinə raket zərbəsi endirilməsi barədə Kiyev martın 9-da məlumat verib.

***

Rusiya hakimiyyəti ölkənin ən tanınmış telejurnalistlərindən biri, Kremlin tənqidçisi Aleksandr Nevzorovu axtarışda olanlar siyahısına salıb. Moskva iki ay öncə Ukraynanın işğalına başlayandan fərqli düşünənlərə təzyiqləri gücləndirib.

Nevzorovun adı mayın 4-də Daxili İşlər Nazirliyinin axtarışda olanların siyahısında peyda olub. Nazirlik hazırda Rusiyadan kənarda olan keçmiş deputatın “Rusiya silahlı qüvvələri barədə saxta informasiya yaymaqda” şübhəli bilindiyini bildirib.

Təhqiqat aparılır

İstintaq Komitəsi martın 22-də Nevzorov barədə təhqiqat açdığını açıqlamışdı. Səbəb onun Instagram və YouTube-da silahlı qüvvələri Ukraynanın Mariupol şəhərində doğum evinə hücuma görə tənqid etməsi idi. Hücumda xeyli sayda dinc sakin öldürülmüşdü.

Prezident Vladimir Putinin martın əvvəlində imzaladığı qanunla Rusiyanın hərbi əməliyyatları barədə “bilərəkdən saxta informasiya”ya görə uzunmüddətli həbs cəzasını təsdiqləyib. Kreml bununla Ukraynadakı müharibə haqda informasiyanı nəzarətdə saxlamağa çalışır.

Qanunda fərdlər üçün 10 ilədək həbs, Rusiya ordusu haqda “ciddi nəticələrə səbəb olan” “qəsdən saxta informasiya”nın yayılmasına görəsə 15 il həbs nəzərdə tutulur.

“Rusiya əsgərlərindən Rusiyanın maraqlarını qorumaq üçün istifadəyə qarşı çaığırışlar”a, “belə istifadəni gözdən salmağa görə” üç ilədək həbs kəsilə bilər. Eyni maddə Rusiyaya qarşı sanksiyalara çağırışlara da aiddir.

XS
SM
MD
LG