Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

N!DA parlament seçkilərindən imtina etdi


Arxiv fotosu
Arxiv fotosu

.

Bu barədə Azadlıq Radiosuna bu hərəkatdan deputatlığa namizəd Ramin Hüseynov məlumat verib.

Ramin Hüseynov qeyd edib ki, o və hərəkatdan digər deputatlığa namizəd İlahə Əmiraslanova namzədliyini də geri götürürlər.

Hərəkatın yaydığı məlumata görə əslində onlar prosesin əvvəlindən seçkilərin azad və ədalətli keçiriləcəyini inanmayıblar. Lakin seçkiyə qatılmaq qərarını veriblər:

"Bizim seçkilərə qatılmaqda məqsədimiz mandat almaq deyil, mövcud repressiya şəraitində 21 günlük təbliğatdan istifadə edib insanlarla təması gücləndirmək, N!DA-nı onlara tanıtmaq idi. Məqsəd və məramımızı insanlara çatdırmaq, vətəndaşlarımızın dərdlərini dinləmək, xalqı dəyişiliklər naminə mübarizəyə səsləmək istəyirdik. Biz həm imzatoplama, həm də təbliğat-təşviqat dövründə on minlərlə vətəndaşımızla ünsiyyətdə olaraq bu niyyətimizi həyata keçirdik.”

Buna da bax: ATƏT parlamentarisindən seçki bəyanatı

Məlumatda daha sonra qeyd edilir ki, hərəkatdan 8 nəfər deputatlığa namizədliyini versə də cəmi 2 nəfərin namizədliyi qeydə alınıb:

“Digər 6 namizədimizi müxtəlif bəhanələr gətirilərək qeydə alınmadılar, bəzi hallarda onlara imza verən vətəndaşlara təzyiq göstərildi. Eyni zamanda bütün gözləntilərə rəğmən hakimiyyət seçki prosesinə marağı daha da azaltmaq üçün namizədlərə pulsuz efir vaxtı ayırmadı.“

Hərəkatın aşıqlamasına görə, hakimiyyətin total saxtakarlığa hazırlaşdığına tam əmin olduqdan sonra bu qəararı verməli olublar:

“Bununla bərabər üzvlərimiz seçkilərdə müşahidəçilik edərək hakimiyyətin saxtakarlıqlarını ifşa etməyə çalışacaqlar.”

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Yada salaq ki, bu hərəkatdan Ramin Hüseynov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən və İlahə Əmiraslanova isə 35 saylı Xətai Üçüncü seçki dairəsində seçki yarışına qoşulmuşdu.

Müxalifət partiyalarının bir qismi noyabrın 1-də keçirilən parlament seçkisində iştirakdan imtina edib. Seçkiyə qatılan müxalif namizədlər də tez-tez köbud qanun pozuntularından şikayətlənirlər. Mərkəzi Seçki Komissiyası isə bu pozuntularla bağlı iddiaları rədd edir.

XS
SM
MD
LG