Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:32

ABŞ nüvə sintezi sahəsində elmi irəliləyişi açıqlayacaq


Kaliforniyadakı “Lawrence Livermore” Milli Laboratoriyası, 2009-cu il
Kaliforniyadakı “Lawrence Livermore” Milli Laboratoriyası, 2009-cu il

Bu gün – dekabrın 13-də ABŞ Energetika Nazirliyi milli laboratoriya alimlərinin nüvə sintezi sahəsində əldə etdiyi dönüşlə bağlı açıqlama yayacaq. Günəş və ulduzlarda baş verən bu proses bir gün ucuz elektrik mənbəyinə çevrilə bilər, məsələdən agah üç mənbə “Reuters” agentliyinə deyib.

İlk dəfə xalis enerji

Kaliforniyadakı “Lawrence Livermore” Milli Laboratoriyasının alimləri lazerlərdən istifadə edərək sintez eksperimenti apararaq ilk dəfə xalis enerji ala biliblər, məlumatda deyilir.

Bu, onillərlə davam edən prosesdə böyük irəliləyiş sayılır. Sonsuz, ucuz və təmiz enerji almaqdan ötrü texnologiyanın hazırlanmasına milyardlarla dollar vəsait qoyulur.

Sintez tədqiqatının məqsədi günəşdə yaranan enerjiyə oxşar nüvə reaksiyası yaratmaqdır. Alimlər 1950-ci illərdən bu təmiz enerjinin əldə olunması istiqamətində tədqiqatlar aparırlar.

Bu enerjidən kommersiya məqsədilə istifadəyə azı on il, bəlkə də onillər var. Ancaq son uğur Co Bayden (Joe Biden) administrasiyasına imkan verəcək ki, bunu hökumətin illərdir ayırdığı nəhəng investisiyasının təsdiqi kimi göstərsin, “The Washington Post” qəzeti yazır.

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Əldə olunan enerji 100 dəfə çox olsun

Nüvə sintezi reaksiyası o zaman baş verir ki, iki yüngül atom nüvəsi birləşərək bir nüvə yaradır. Vahid nüvənin ümumi çəkisi iki nüvənin çəkisindən daha az olduğundan proses zamanı müəyyən enerji artığı yaranır.

Günəşdəki milyonlarla selsi ilə ölçülən istilik və cazibə qüvvəsinin yaratdığı təzyiq altında atomların sintezi baş verir.

Alimlər nüvə sintezinin necə getdiyini çoxdan anlayıblar, hətta 1930-cu illərdən Yer üzündə belə prosesin oxşarını yaratmağa çalışıblar.

Bu reaksiyadan yaranan enerji elektrikə çevrilə və atmosferə karbon qazı buraxmadan istifadə oluna bilər.

Ancaq alimlər indiyədək eksperimentlərə sərf olunan enerjidən artığının yaranmasına nail ola bilmirdilər. Bundan ötrü reaksiyaya sərf olunan enerjinin ondan alınan enerjiyə nisbəti təxminən 100 dəfə çox olmalıdır.

XS
SM
MD
LG