Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:39

'Gələcək pandemiyaya' hazırlıqda Azərbaycan 100-cü, Ermənistan 16-cıdır


Bakıda karantin tədbiri
Bakıda karantin tədbiri

İndeksə görə ABŞ Avstraliya və Finlandiya ilə birlikdə gələcəkdə baş verə biləcək hər hansı qlobal sağlamlıq böhranına ən hazırlıqlı ölkələrdir

COVID-19 pandemiyasına ən çox qurban vermiş ABŞ gələcək pandemiyalara ən hazırlıqlı ölkədir.

2021-ci il üçün Qlobal Sağlamlıq İndeksinə (2021 Global Health Security Index - GHSI) görə ABŞ Avstraliya və Finlandiya ilə birlikdə gələcəkdə baş verə biləcək hər hansı qlobal sağlamlıq böhranına ən hazırlıqlı ölkələrdir.

Hərçənd onların üçünun də göstəriciləri 2019-ci illə müqayisədə xeyli düşüb.

Britaniyanın The Week jurnalı yazır ki, Birləşmiş Krallıqda 28 gün ərzində 145 min 987 min ölüm qeydə alınıb və sözü gedən reytinqdə bu ölkənin də göstəriciləri pisləşib.

Ümumilikdə isə sözü gedən reyrtinq cədvəlində ilk yerləri zəngin ölkələr tutmaqda davam edirlər.

Yoxsul ölkələr arasında ən yüksək yerdə - 195 ölkə arasında 87-ci olan Efiopiyadır.

Faktorlar

Qlobal Sağlamlıq İndeksi ölkələrin sağlamlıq böhranlarının qarşısını almaq, onları aşkar etmək və onlara reaksiya vermək kimi qabiliyyətləri əsasında tərtib olunub.

Reytinq cədvəli tərtib edilərkən həm də hər hansı ölkənin səhiyyə xidmətlərinin vəziyyəti, səhiyyənin maliyyə fondu və onu gələcəkdə gözləyən, o cümlədən siyasi risk və təhlükələr nəzərə alınır.

Bu indeksin hesabatında deyilir ki, “bir çox ölkələr COVID-19 pandemiyasına hazırlıqlarını tez bir zamanda təmin edə biliblər, amma bütün ölkələr gələcək epidemiya və pandemiya təhlükələrinin qarşısında kövrək olaraq qalır.

Hesabatda deyilir ki, bu pandemiya bir çox ölkələri gələcək təhlükələrə hazır olmağa sövq edib.

Bu da qeyd olunur ki, Dünya Səhiyyə Təşkilatı (DST) ölkələrin hər hansı gələcək böhrana hazırlıq vəziyyətlərini monitorinq etməlidir.

Ekspert: hələlik heç bir ölkə tam hazırlıqlı deyil

Vaşinqtonda mənzillənmiş Nüvə Təhlükəsi Təşəbbüsü (Nuclear Threat Initiative) qeyri-mənfəət qlobal təhlükəsizlik qrupu və John Hopkins Universitetinin Səhiyyə Təhlükəsizliyi Mərkəzinin birgə hazırladığı hesabatda deyilir ki, ümumilikdə sərvət və elmi qüdrət ölkələrin yeni bir böhrana hazır olmalarını şərtləndirən əsas faktorlardır.

Hesabatda pandemiya ilə mübarizədə “ictimaiyyətin hökumətə etimadı” da əsas faktorlardan biri kimi qeyd olunur və 2019-cu ildə başlanan pandemiyaya bir çox ölkələrin hazırlıqsız olmalarını əsasən bu faktor müəyyən edib.

ABŞ Xəstəliklərə Nəzarət və onların Profilaktikası Mərkəzlərinin keçmiş direktoru Tom Friden deyib ki, hesabat ümumilikdə heç bir ölkənin gələcək pandemiyaya hazır olmadığını göstərir və bu barədə təcili tədbirlər görülməlidir.

İndeksdə 100 bal hesabı ilə 10 ilk yeri ABŞ (75.9), Avstraliya (71.1), Finlandiya (70.9), Kanada (69.8), Tayland (68.2), Sloveniya (67.8), Britaniya (67.2), Almaniya (65.5), Cənubi Koreya (65.4) və İsveç (64.9) tutublar.

Böhrana ən hazırlıqsız ölkələr isə reytinq cədvəlinin dibində olan Somali, Şimali Koreya, Yəmən, Suriya, Ekvatorial Qvineya, Nauru, Mərkəzi Afrika Respublikası, Tuvalu, Niue, Venesuela və Cənubi Sudandır.

BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Azərbaycan, qonşuları və keçmiş sovet müttəfiqləri

Azərbaycan 195 ölkə arasında 34.7 balla 100-cü yerdə bərqərar olub. Onun gəlir statusu “yüksək orta” olaraq göstərilir.

Ümumiyyətlə, reytinq cədvəlində hər bir ölkənin yeri onun müxtəlif faktorlar üzrə tutduğu yerlərin orta hesabla çıxarılmış rəqəmidir.

Məsələn, pandemiyaya reaksiya tədbirləri planına görə Azərbaycan 4-cü, ölkədə bütün xəstəliklərə qarşı immunizasiyaya görə isə hətta 1-ci yerdədir, amma siyasi risk faktorları üzrə Azərbaycan 195 ölkə arasında 174-cü olub.

Reytinqdə keçmiş sovet respublikalarından Azərbaycandan sonrakı yerləri “yüksək orta” gəlirli statusunda keçən Türkmənistan (119) və “aşağı gəlirli” Tacikistan (140) tuturlar.

Azərbaycanın qonşuları olan Gürcüstan 40-cı, Ermənistan isə 16-cı yerdə bərqərar olublar.

Bu cədvəldə Rusiya 47, Ukrayna 83, Qazaxıstan 55, Qırğızıstan 68-ci yerdədirlər.

Avropa İttifaqının üzvü olan Litva 21-ci və Estoniya 30-cu yerləri tuturlar.

Azərbaycanın daha iki qonşusu – İran 90-cı, Türkiyə 46-cı yerdədir.

XS
SM
MD
LG