Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Palatadan «Parabank»a sərt cəza


Parabank
Parabank

Maliyyə Bazarlarına Nəzarət Palatası «Parabank»ı cəzalandırıb. Qərar Palatanın Direktorlar Şurasının iclasında qəbul edilib.

Bu haqda Palatanın məlumatında bildirilir.

Palata qeyd edir ki, monitorinq zamanı «Parabank»ın Sumqayıt filialının nəzdində, filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar edib. Həmin bölmədə qeyri-qanuni bank xidmətlərinin göstərildiyinin müəyyən edildiyi vurğulanır.

Palata buna görə «Banklar haqqında» qanuna uyğun olaraq, bankı sərt cəzalandırıb. Qərara əsasən, «Parabank»ın Sumqayıt filialına verilmiş icazə ləğv edilib. 1 il müddətində «Parabank»a filial və şöbə açmaq yasaqlanıb. Həmçinin, bankın Sumqayıt filialının inzibatçıları tutduğu vəzifələrindən kənarlaşdırılıblar.

Məsələ ilə bağlı «Parabank»ın mövqeyi isə, hələlik, bəlli deyil.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin fevralında yaradılıb. Mərkəzi Bankın banklara lisenziya verilməsi və onlara nəzarət funksiyası Palataya həvalə edilib.

XS
SM
MD
LG