Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Pashinian vəziyyəti hərbi rəhbərliklə müzakirə edib


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian iyulun 14-də Müdafiə Nazirliyi və silahlı qüvvələrin rəhbər heyəti ilə görüşüb. Görüşdə müdafiə naziri David Tonoyan və Ermənistan ordusu baş qərargahının rəisi Onik Gasparyan iştirak ediblər.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Baş nazirin mətbuat xidmətinin bildirdiyinə görə ölkənin ali zabit heyəti baş naziri döyüş yerindəki vəziyyətlə, habelə “düşmənin hərəkətlərini dayandırmaq” üçün keçirilən əməliyyatlarla tanış edib.

Azatutyun yazır ki, onlar vəziyyətin tamamilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildiriblər.

Bu da bildirilir ki, görüşdə hadisələrin mümkün inkişaf variantları müzakirə olunub.

Pashinian qeyd edib ki, “Ermənistan silahlı qüvvələri bizimlə güc mövqeyindən danışmağın mümkün olmadığını bir daha sübut edir”.

Keçmiş nazir "Allah eləməsin" deyir

Bu arada Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Azatutyuna müsahibəsində deyib ki, Ermənistan silahlı qüvvələri “onun qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirib”.

Ohanyan sərhəddə baş vermiş hadisələri “Azərbaycan tərəfinin təxribatı” adlandırıb.

O deyib ki, bunun “çox sayda səbəbləri ola bilər”.

“Bu lokal toqquşmadır və mühümdür ki, genişmiqyaslı hərbi əməliyyatlara keçməsin... Allah eləməsin ki, bunlar genişmiqyaslı hərbi əməliyyatlara çevrilsin. Amma mən hesab edirəm ki, hər halda bügünonların (Azərbaycan tərəfinin - red)genişmiqyaslı hərbi əməliyyat keçirməsi üçün şərait və əsas yoxdur...Amma bütün hallarda silahlı qüvvələr hazır olmalıdır”.

Ohanyan deyib ki, Ermənistan silahlı qüvvələri və Artsaxın (Dağlıq Qarabağ - red) özünümüdafiə ordusu ...bütün hərəkətlərə, təkcə müdafiə yox, önləyici, cəzalandırıcı, məcburedici hərəkətlərə hazır olmalıdır.

XS
SM
MD
LG