Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Tanınmış ABŞ politoloqu: ‘Azərbaycan Dağlıq Qarabağı ‘kəlbətinə’ salaraq sıxır’


Paul Goble
Paul Goble

ABŞ dövlət katibinin keçmiş müşavirlərindən Paul Goble “Kavkazskiy uzel” saytına müsahibəsində deyib ki, Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən artilleriya və raket atəşlərinə tutulması Bakını cavab reaksiyası üçün təxribata çəkmək və Moskvanı münaqişəyə cəlb etmək məqsədi güdür.

Keçmiş sovet məkanı üzrə ekspert kimi tanınan Paul Goble bildirib ki, Azərbaycanın təmas xəttindən aralıda olan dinc əhalisi üzərinə hücumlar son dərəcə təhlükəlidir:

"Yerevan başa düşməlidir ki, Azərbaycan onun bu hərəkətlərindən sonra erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına ikiqat səylə çalışacaq. Məncə Ermənistan bu addımı ona görə atır ki, Azərbaycanı cavab tədbirləri üçün təxribata çəksin. Yerevanın fikrincə Azərbaycanın cavab tədbirləri Moksvanı münaqişə cəlb edəcək və Rusiya Ermənistana dəstək verəcək.Bu ondan xəbər verir ki, Yerevan öz mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədilə “vabank” gedişi edir”.

O plan indi işləməz

Paul Goble Qarabağ münaqişəsinibn çözümü tarixində 1992-ci ildə təklif etdiyi planla qalıb.

“Goble planı” kimi tanınan bu sənəd Azərbaycana Meğri ərazisindən Naxçıvana, Dağlıq Qarabağa isə Laçin rayonu ərazisi ilə Ermənistana dəhliz verilməsini nəzərdə tuturdu.

Goble 2019-cu ildə bu planla bağlı media suallarına cavab verərkən bildirmişdi:

"Mən bu ideyanı postsovet zəmanəsinin dan yeri söküləndə vermişdim. Düşünürəm ki, bu plan o vaxt işləyə bilərdi. Amma indi o vaxtdan bəri bu planı mümkünsüz edən çox hadisələr baş verib...”

Goble oktyabrın 10-da tərəflər arasında əldə edilmiş atəşkəsə də toxunub:

"Burada qeyd etmək çox mühümür ki, Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya görə tərəflər atəşi dayandırmalı idilər. Amma qüvvələr arasında yeni təmas xətti sonrakı danışıqlar zamanı müəyyən edilməlidir. Bu mənada Yerevan və Bakı razılaşma çərçivəsində, yəni rasional hərəkət edirlər. Bu da nəzərə alınmalıdır ki, tərəflər danışıqların Moskvada müəyyən olunmuş xəttinə əməl etmirdilər”.

“Azərbaycanın uğuru təkcə dronlara görə deyil”

Politoloqun fikrincə hazırda münaqişə tərəfləri, dronlar da daxil, daha müasir silahlanıblar:

"Azərbaycan ordusu çox yaxşı hazırlıqlıdır və həmişə bu məntiqdən çıxış edib ki, o öz məqsədlərinə sponsorsuz, müstəqil şəkildə çatmağa hazır olmalıdır. Ermənistanda hesab edirlər ki, Moskva Bakıya son dərəcə aqressiv hərəklət etmək imkanı verməyəcək. Taktiki hərəkətlərə gəldikdə isə, hazırda Azərbaycan şimal və cənubdan eyni vaxtda irəliləməklə Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır. Və bu, münaqişədə yeni dönüşdür. Bakı hücumun davam etdirilməsi naminə yaxşı möhkəmləndirilmiş mövqelərdən yan keçir”.

Bununla belə Goble düşünmür ki, Azərbaycanın uğurları yaklnız drionlarla bağlıdır:

"Şübhəsiz ki, dronlar Azərbaycana ömək edir. Lakin Azərbaycanın uğurunu təkcə bu, müəyyən etmir. Səbəb Azərbaycan ordusunun digər növdən olan silahlarında, habelə zabit və əsgərlərin hazırlığında və ruh yüksəkliyindədir. Onlar hiss edirlər ki, hazırda Cənubi Qafqazda qüvvələr balansını dəyişmək mümkündür və bu şansı əldən buraxmaq niyyətində deyillər”.

“Kavkazskiy uzel” yazır ki, dronlardan təkcə Azərbaycan ordusu istifadə etmir. Azərbayvcanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənsitanın iki dronu məhv edilib, daha ikisi tutulub.

Ermənistana silah haradan verilir: Bakı və Yerevanda ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Ermənilərin "motivasiyası"

Paul Goble düşünür ki, Ermənistanın “aydın motivasiyası” var.

Onun iddiasına görə Dağlıq Qarabağ onların “milli müqəddərat təyinatında” mühüm rol oynayır:

“Ermənilər xatırlayırlar ki, əsrlərlə geri çəkilməli olublar və indi geri çəkilmək istəmirlər. Bundan başqa 1915-ci ildə baş vermiş hadisələr onlar üçün motivasiyadır”.

Goble əlavə edir ki, hələlik döyüşlər Dağlıq Qarabağın ətrafında gedir:

"Təhlükəsizlik ekspertlərini çıxmaq şərtilə, Ermənistan əhalisinin əksəriyyəti üçün ətraf rayonlardakı döyüşlər prinsipial rol oynamır. Amma Dağlıq Qarabağ sonadək vuruşmağa hazırdır. Əgər Azərbaycan erməni silahlı qüvvələrini bufer zonasından çıxara bilsə, Ermənistan Qarabağı daha səmərəli müdafiə edə bilər”.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, onun məqsədi Dağlıq Qarabağ da daxil bütün işğal olunmuş ərazilərin Ermənistan qüvvələrindən azad olunmasıdır.

O bildirib ki, Dağlıq Qarabağda artıq təmas xətti və status quo yoxdur.

Əliyev deyib ki, Azərbaycan Bakının iradəsini qəbul edən yerli ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamasını təmin etməyə hazırdır.

XS
SM
MD
LG