Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:40

Peterburqda ölənlərlə vidalaşma qadağan edilir?


Xüsusi geyimli məzarçılar Sankt Peterburqun Novoye Kolpinskoye qəbirstanlığında
Xüsusi geyimli məzarçılar Sankt Peterburqun Novoye Kolpinskoye qəbirstanlığında

Sankt Peterburq şəhərinin baş sanitar həkimi Natalia Bashketova “epidemioloji vəziyyətin pisləşməsi” ilə bağlı dəfn qaydalarının sərtləşdirilməsi barədə qərar qəbul edib.

Bu barədə məlumatı Rusiyanın Fontanka internet portalı yayıb.

Baş həkimin qərarında deyilir ki, Sankt Peterburq şəhərində koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyətin pisləşməsinə görə ölüm diaqnozundan asılı olmayaraq qohumların mərhumlarla vidalaşması qadağan edilir.

Fontanka yazır ki, bu sənəd hələlik heç yerdə dərc edilməyib və təlimatın fotosurətini redaksiyaya oxuculardan biri göndərib.

Bununla yanaşı “Mərasim xidmətləri” adlı müəssisə Fontanka saytına deyib ki, hətta ölüm səbəbinin avtomobil qəzası olduğu hallarda da cənazələr bağlı tabutlarda dəfn olunmalıdır.

Qadağanın hansı müddətə qəbul edildiyi bilinmir.

AzadlıqRadiosunun Sever.Realii saytı yazır ki, bundan əvvəl yalnız koronavirusdan ölənlərin tabutlarının bağlı olması tələb edilirdi.

Pnevmoniyadan ölən qat-qat çoxdur

Mayın 19-a olan rəsmi məlumata görə Sankt Peterburqda 11,340 yoluxma qeydə alınıb, bunlardan 95-i vəfat edib, 2272 nəfər sağalıb.

Bu da xəbər verilir ki, son günlər verilən rəsmi xəbərlərdən Peterburqda vəziyyətin ağırlaşdığı görünmür.

Burada gün ərzində koronavirusa 400-500 yeni yoluxma qeydə alınır.

Bu səbəbdən də vəziyyətin “hansı şəkildə pisləşdiyini” söyləmək olmur.

Peterburq qubernatoru Aleksandr Beglov bu günlərdə demişdi ki, koronavirusa yoluxmalardan başqa həm də çox sayda pnevmoniyalı insan aşkar edilir.

Qubernator bunu da bildirmişdi ki, pnevmoniyadan ölənlərin sayı COVID-19-dan ölənlərin sayından bir neçə dəfə çoxdur.

Azərbaycanlı miqrantlar Rusiya sərhəddində etiraz aksiyası keçirib
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bu da qeyd olunur ki, Rusiyanın bir çox regionlarında, o cümlədən Dağıstanda buna bənzər mənzərə müşahidə olunur.

Moskvada özünütəcrid dövründə qəbirstanlıqlara getmək qadağan olunub, amma bu qadağan dəfn mərasimlərində iştirak edənlərə şamil edilmir.

XS
SM
MD
LG