Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Nazir polislə işləmək istəyənlərdən 226 nəfər seçdi


Trend.az
Trend.az

►Sıra baxışında rayonlardan gələn 870 nəfər iştirak edib

Daxili işlər naziri Ramil Usubov martın 16-da polisə işləmək istəyən vətəndaşlar arasından seçim edib.

DİN mətbuat xidmətinin məlumatında bildirilir ki, bu seçim “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində 12 rayondan gələn vətəndaşlar arasında aparılıb.

Nazirin polis orqanlarında mülki işçi vəzifələrinə seçilmək istəyənlərlə bu görüşü Daxili Qoşunların Bərdədəki hərbi hissəsində baş tutub.

Nazir Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı sakinləri arasında seçim edib. Sıra baxışında sözügedən rayonlardan gələn 870 nəfər iştirak edib.

Ramil Usubov onlardan 112-ni polis və Daxili Qoşunlarda xidmətə, 226 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib. Seçilənlərin sənədlərinin hazırlanması üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Seçimdən sonra, daxili işlər naziri namizədlər qarşısında çıxış edib.

R.Usubov deyib ki, yüksək keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyinə, o cümlədən daxili işlər orqanlarında xidmətə cəlb edilmələri üçün zəruri addımlar atılır. O, seçimin də məqsədyönlü siyasətin nümunəsi olduğunu bildirib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Prezident İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək.

Polis orqanları ilə vətəndaşların əməkdaşlığı müxtəlif formalarda ola biləcək. Onlar birlikdə ictimai asayişin qorunması ilə bağlı hüquqa zidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı tələb irəli sürə biləcəklər.

Eyni zamanda ictimai asayişin qorunması sahəsində polis orqanlarının tədbirlərində iştirak etmək hüququ da əldə edəcəklər.

Bundan başqa onlar, ictimai asayişin pozulması, insanların həyat və sağlamlığına təhlükələr barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim edəcəklər.

Buna da bax: Karikatura

XS
SM
MD
LG