Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Bankların rezolyusiyası nə deməkdir? [video]


Daha bir neçə bank təhlükədə: Prezidentin fərmanı nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Daha bir neçə bank təhlükədə: Prezidentin fərmanı nəyi dəyişəcək? [A-Live]

Azərbaycanda daha bir neçə bankın bağlanması və ya iri banklara birləşdirilməsi qaçılmazdır. Prezidentin banklarla bağlı yeni fərmanını şərh edən millət vəkili və müstəqil ekspert bu fikirdədilər.

Prezident İlham Əliyev mayın 3-də "ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi qaydasının təsdiq edilməsi ilə bağlı fərman verib. Bankların rezolyusiyası – yəni, az itki ilə maliyyə bazarından çıxarılmasıdır.

Buna da bax:​ Ödəmə qabiliyyətini itirən banklarla bağlı fərman verildi

Millət vəkili Vahid Əhmədov hesab edir ki, prezidentin yeni fərmanı ümumilikdə iqtisadiyyata müsbət təsir edəcək. Yerli mediaya müsahibəsində Vahid Əhmədov deyib ki, hazırda bank sistemində ciddi dəyişikliklərə ehtiyac var:

Vahid Əhmədov
Vahid Əhmədov

"Sağlamlaşdırma tədbirləri üçün bankların birləşməsi, yaxud bağlanması gözləniləndi. Vəziyyət göstərir ki, bəzi bankların birləşdirilməsi mümkün olmasa, bağlana bilər. Problemli aktivlərin taleyi həll olunmalıdır. Bank sistemindəki əskikliklərin bu fərmanın icrası ilə tezliklə həll olacağına ümid edirəm".

Vahid Əhmədov düşünür ki, bu işin davamı olaraq, qaytarılmayan kreditlərlə bağlı da qərara ehtiyac var.

Buna da bax: Bu il 635 bank işçisi işini itirib

Mayın əvvəlində Beynəlxalq Valyuta Fondu da öz hesabatında vurğulayırdı ki, Azərbaycanda kapitallaşma və problemli kreditlərin alışı prosesi davam edib. Hesabatda qeyd olunurdu ki, kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər.

Dünya bazarında neftin ucuzlaşmasından, manatın devalvasiyasından sonra Azərbaycan banklarında durum pisləşib.

2016-cı ildə Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Təkcə 2017-ci ilin ilk 3 ayında 635 nəfər bank işçisi işini itirib.

Buna da bax:​ 'Hökumət bahalı kreditlərlə ölkəni daha ciddi böhrana aparır'

Bəs vətəndaşlar nə fikirləşir? Banklarla bağlı ilk növbədə hansı qaydaları dəyişmək lazımdı? Sualı Bakı sakinlərinə vermişik. Cavablarına baxaq:

İxtiyar sizdə olsaydı, bankların işində nəyi dəyişərdiniz?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

İqtisadçı Natiq Cəfərli də banklarla bağlı yeni fərmanı müsbət qiymətləndirir. Amma bir şərtlə: əgər banklarda olan depozitlər, fiziki və hüquqi şəxslərin hesablarında olan vəsaitlə bağlı bir problem olmayacaqsa. O yada salır ki, bağlanan banklarda depozitlərin qaytarılması ilə bağlı ciddi problemlər yaşanıb.

Buna da bax:​ Hökumətin hesabatı müzakirə edilir. 'Bank vətəndaşdan 21 faiz gəlir götürür'

Natiq Cəfərlinin fikrincə, Azərbaycan bankları dövlətin dəstəyi olmadan böhranlı durumdan çıxa bilməyəcək:

Natiq Cəfərli
Natiq Cəfərli

"Çox güman ki, bu təmərküzləşmə nəticəsində "çürük" banklar sıradan çıxacaq. Oliqarxlara, hakimiyyətdə olan insanlara məxsus iri bankları ayaqda tutduqdan sonra dövlət müəyyən addımlar atacaq. Çünki milyardlarla dollar vəsaitin geri qaytarılması mümkün deyil. Çünki insanlar sadəcə olaraq, kreditləri geri ödəyə bilmir. Bu da mütləq dövlətin dəstəyi ilə həll olunmalı olacaq. Necə ki, beynəlxalq bankda biz bunu gördük".

Buna da bax:​ Əmanətlərdə faiz dərəcəsi azalıb, kreditlərdə artıb

Azərbaycanda 32 kommersiya bankı var. Jurnalist araşdırmaları üzə çıxarıb ki, bu bankların azı 10-nu prezident ailəsinə, nazir və digər oliqarxlara məxsusdu.

XS
SM
MD
LG