Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

Turizmə aid yeni sərəncam çıxdı


Azərbaycanda ərəb turistləri
Azərbaycanda ərəb turistləri

Prezident İlham Əliyev sentyabrın 1-də turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkə başçısının rəsmi internet saytı sərəncamın mətnini yayıb.

Sərəncama əsasən, dövlət büdcəsi layihələrində ticarət festivallarının keçirilməsinə vəsaitlər nəzərdə tutulmalı, ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşlar təşkil edilməlidir. Habelə, Turizm və Menecment Universitetinin nəzdində bu sahə üzrə təhsil müəssisələri yaradılmalıdır.

Turizm Şurası yaradılacaq

Sərəncama əsasən, Azərbaycanda Turizm Şurası yaradılacaq.

Buna da bax: Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

Şuranın yaradılmasında məqsəd ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirməkdir.

Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə, işçi qruplar yarada biləcək.

Turizm zonalarına vergi, gömrük güzəştləri

Sərəncamda turizm zonalarında vergi və gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.

Buna da bax: «Loukoster»lər Gürcüstana turist axınını kəskin artırıb

Bununla bağlı mədəniyyət və turizm, iqtisadiyyat, maliyyə, vergilər nazirliklərinə, Dövlət Gömrük Komitəsinə təkliflərini hazırlayıb üç ay müddətində ölkə başçısına təqdim etmək tapşırığı verilib.

Turizm zonalarına inkişaf planları

Sərəncam həmçinin, Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarının hazırlanmasını nəzərdə tutur.

Bu sahədəki işləri Mədəniyyət və Turizm Nazirliyi həyata keçirməlidir. Nazirlik qeyd olunan regionlarla bağlı inkişaf planlarını hazırlamalıdır.

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

Əcnəbilərə güzəşt

Sərəncamda Azərbaycana gələn əcnəbilərə yönəlik müddəalar da yer alıb. Sənədə əsasən, əcnəbilərin sərhəd buraxılış məntəqələrində sürətli keçidi təmin edilməlidir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Mədəniyyət və turizm, xarici işlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti bu istiqamətdəki fəaliyyətləri həyata keçirəcək. Adı çəkilən qurumlar təkliflərini hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Hələ, 2011-ci il Azərbaycanda turizm ili elan edilmişdi. Ancaq müstəqil iqtisadçılar hesab edirlər ki, həmin il ölkədə turizmin inkişafı üçün səmərəli işlər görülməyib. Ekspertlər Azərbaycanda turizmin inkişafına əsas maneəni rəqabət mühitinin yaradılmaması və qiymətlərin bahalığını göstərirlər.

XS
SM
MD
LG