Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

Prezidentin qızları Londonda 60 milyonluq evi niyə ala bilmədilər


Leyla (solda) və Arzu Əliyevalar
Leyla (solda) və Arzu Əliyevalar

Azərbaycan prezidentinin qızları gizli ofşor şirkət vasitəsilə Londonda 60 milyon funt-sterlinqə əmlak almaq istəyiblərmiş, sövdələşmə yarımçıq qalıb. “The Guardian” tribunala istinadla yazır ki, bu işdə “ciddi çirlkli pulyuma riski” ola bilərdi.

Leyla və Arzu Əliyevalar dəbdəbəli Knightsbridge ərazisində iki mənzili 59,5 milyon və 3 milyon funt-sterlinqə alaraq bir evə çevirmək istəyiblər. Bu razılaşma 2015-ci ildə əldə olunub. Müəllif Luke Harding qeyd edir ki, bu mənzillər prezident İlham Əliyev ailəsinin Britaniyada əldə etdiyi çoxmilyonluq mülkiyyət portfoliosuna əlavə olunacaqdı.

***Buna da bax: Britaniya firması Əliyeva bacılarına görə intizam tribunalına verilib

Leyla Əliyeva bu sövdələşməni biznesmen və pop ulduz olan əri Emin Ağalarovdan boşandığı bir məqamda həyata keçirmək istəyib.

Bu detallar tranzaksiyanı gerçəkləşdirmiş vəkil Khalid Sharif-lə bağlı intizam tribunalında ortaya çıxıb. Sharif Londonda mənzillənən Child & Child şirkətinin aparıcı tərəfdaşıdır, çirkli pulyuma yoxlaması aparmadığını, peşə kodeksini pozduğunu etiraf edib.

VƏKİL CƏRİMƏLƏNİB

Tribunal onu 45 min və 40 min funt-sterlinq cərimələyib. O, “Panama sənədləri” yayılandan cərimələnən ilk britaniyalı peşəkardır. 2016-cı ilin aprelindən “The Guardian” və bir sıra digər media orqanları Panamanın Mossack Fonseca hüquq şirkətindən sızdırılmış 11,5 milyon sənədi yayıblar.

Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Tribunalda üzə çıxıb ki, prezidentin yaxın dostu olan Javad Marandi Əliyeva bacılarını Child & Child şirkətinə təqdim edib. Sharif daha sonra onların adından Britaniyanın Vircin adalarında Exaltation Ltd şirkətini yaradıb. Bu şirkətin məqsədi “Brtitaniyada əmlak saxlamaq” idi.

Qəzet qeyd edir ki, Əliyeva bacıları siyasi ifşa olunmuş şəxslər (PEP) sayılmalı və bu statusa görə ətraflı bank yoxlaması aparılmalıydı.

Ancaq Sharif belə tədbirləri “nəzərdən keçirməyib”, müştərilərinin PEP statusu barədə qrafaya “xeyir” cavabını qeyd edib.

Londonda alınmalı olan mənzillər isə Child & Child-ın London ofisinə yaxındır. Bu ofis Bukinqem sarayının bağına baxır. Kontraktlar bağlanınca Əliyeva bacıları pulu hissə-hissə ödəməyə başlayıblar, 10 milyon funt-sterlinqdən çox pul köçürüblər. Onların sahibliyi 2016-cı ildə üzə çıxınca sövdələşmə yarımçıq qalıb.

Müəllif qeyd edir ki, bu hal varlıların, siyasi baxımdan yaxşı əlaqələri olan şəxslərin Londonda mülkiyyət əldə etməkdən ötrü anonim şirkətlərdən necə yararlandığını üzə çıxarır. Ancaq eyni zamanda Britaniyanın hüquq şirkətləri bu tranzaksiyalarda iştirak edən vəkillər üçün təhlükəni də ortaya qoyur.

Məqalədə Prezident Əliyevin Azərbaycanı 2003-cü ildən idarə etdiyi, bu müddət ərzində qızlarının nəhəng şəxsi biznes imperiyası qurduqları vurğulanır. Əliyevlərin Londonun şimalında 17 milyonluq malikanəsi, Hayd Parkda dəbdəbəli mənzili, Moskvada, Dubayda, Çexiyada mülkləri də var.

London
London

AD GÜNÜ HƏDİYYƏSİ

Sharif daha bir tranzasksiyanı da təşkil edib. Marandi dostu Mircəlal Paşayevə Londonda 3,5 milyonluq mənzil hədiyyə edib. Paşayev Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğludur.

Tribunalda belə bir fikir də səslənib ki, Paşayev daha öncə Bakıda Marandiyə mənzil verib, “ad günü hədiyyəsi” olaraq. Vəkil Andrew Tabachnik məhkəmədə deyib ki, bu tanzaksiyada da “çirkli pulyumadan şübhələnməyə əsaslar olub”.

Sharifi müdafiə edən Nicholas Bacon isə onun səhvlərini boynuna aldığını vurğulayıb. O deyib ki, Sharif mütəmadi olaraq bahalı alışlarda iştirak edib, Marandi ilə çoxdan münasibət olub.

Qəzet Əliyeva bacılarından şərh ala bilməyib. Məqalədə Leyla Əliyevanın Rusiyada deyil, Britaniyada yaşamağa üstünlük verdiyi qeyd olunur. O, rəssamdır, Şahzadə Andrew, Lord MandelsonElisabeth Murdoch ilə əlaqələrinin olduğu bildirilir.

Prezident ailəsinin biznesiylə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Ancaq hakimiyyətin bəzi təmsilçiləri prezidentin ailə üzvlərinin biznes fəaliyyətində qanunsuzluq olmadığını bildirib. Korrupsiya iddiaları isə, bir qayda olaraq, hakimiyyət tərəfindən rədd olunur, bu yöndə beynəlxalq araşdırmalar ölkəyə qarşı “şər-böhtan, qarayaxma kampaniyası” kimi dəyərləndirilir.

XS
SM
MD
LG