Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:47

Baş Prokurorluq Facebook istifadəçisi və sayt rəhbərlərini cəzalandırdı


Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib

İyulun 27-də bir neçə sayt rəhbərlərinə və vətəndaşlara xəbərdarlıq edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son günlər bəzi sosial media istifadəçiləri Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində işlərə kölgə salmaq məqsədilə həqiqət olmayan informasiyalar yayıblar.

Qurumdan qeyd olunub ki, ictimai-siyasi sabitliyin, hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində təsir tədbirləri görülüb.

Bildirildiyinə görə, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət Fərəməzoğlu, “miq.az” saytının rəhbəri Aqil Alışov və daha bir neçə şəxs gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Baş Prokurorluqdan açıqlanıb ki, Facebook sosial şəbəkəsində öz səhifəsində qanunla qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Tofiq Şahmuradov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi…) maddəsi ilə inzibati xəta haqqında iş məhkəməyə göndərilib:

“Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.”

Azərbaycan Baş Prokurorlugu son illər bu tip bir sıra tədbirlər görüb.

“Əsassız hesab edirəm".

Məsələyə, hələlik, Tofiq Şahmuradovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu AzadlıqRadiosuna bildirib ki, xəbərdarlıq iyulun 26-da Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlıdır:

"Mən bu xəbəri Müdafiə Nazirliyinin rəsmi məlumat yayılmasından əvvəl yazmışam. Onu da öz mənbələrimdən öyrənmişəm. Nəticədə isə məlumat rəsmi təsdiq olundu. Ona görə də Baş Prokurorluğunun bu xəbərdarlığı əsassız hesab edirəm".

O, qeyd edib ki, həmin xəbərdarlıqdan məhkəməyə müraciət etmək niyyətindədir.

Rəsmi qurumların açıqlamasına görə, iyulun 26-da Kəlbəcərdə N saylı həbi hissənin komandiri minaya düşərək xəsarət alıb.

“Senzor qayçısının çox təhlükəli olduğunu…”

Bəzi media ekspertləri də Baş Prokurorlugun tədbirlərini tənqid ediblər.

Onlardan Rəşid Hacılı Azərbaycanda 1998-də ləğv edilmiş senzuranı xatırladıb:

“Senzor qayçısının çox təhlükəli olduğunu bir daha görməkdəyik. Səhv edib? Xəbərdarlıq edin. Yenə edər cərimələyin.”

Onun fikrincə, 30 sutka həbs ictimai mənafeləri qorumur, əksinə mühüm mənafeləri sarsıdır.

XS
SM
MD
LG