Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Putin Rusiyaya qaytarılan casusları hava limanında şəxsən qarşılayıb


Prezidnet Vladimir Putin hava limanında Almaniyada qətlə görə məhkum edilmiş Vadim Krasikovu qarşılayır
Prezidnet Vladimir Putin hava limanında Almaniyada qətlə görə məhkum edilmiş Vadim Krasikovu qarşılayır

Kreml ABŞ-la Rusiya arasında keçirilmiş məhbus mübadiləsi ilə azad olunmuş Vadim Krasikovun FTX-də xidmət etdiyini etiraf edib.

O Almaniyada çeçen səhra komandirini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Bundan əvvəl Moskva onun xüsusi xidmətlərlə hər hansı əlaqəsinin olmasını inkar edirdi.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Krasikov Putinin mühafizəçiləri ilə birlikdə Alfa birləşməsində xidmət edib.

Çeçen döyüşçü Xanqoşviliyə sui-qəsddə FTX xüsusi təyinatlılarının əlinin olduğu bundan əvvəl AzadlıqRadiosunun araşdırmasında qeyd olunmuşdu.

Almaniya federal prokurorluğu bəyan etmişdi ki, Xanqoşvilinin qətli Rusiya hakimiyyəti tərəfindən sifariş edilib. Moskva bu ittihamı qəbul etmirdi.

“Vətənə xidmət edənlərə ehtiram”

Peskovun avqustun 2-də verdiyi açıqlamalara görə Moskva habelə Sloveniyada casusluğa görə məhkum edilmiş ər-arvad Artyom Anna Dultsevlərin Rusiya kəşfiyyatına işlədiklərini etiraf edib.

Mətbuat katibinin sözlərinə görə onlar “qeyri-leqal” kəşfiyyatçı olublar və onların övladları valideynlərinin Rusiya ilə əlaqədə olmasından yalnız Moskvaya uçan təyyarədə xəbər tutublar. Uşaqlar rusca danışa bilmirlər. Ər-arvad Sloveniyada özlərini argentinalılar kimi qələmə vermişdilər.

Putin Krasikovu, Dultsevləri və mübadilə zamanı dəyişdirilmiş başqa rusiyalıları Vnukovo-2 hava limanında qarşılayıb. Peskov deyir ki, Dultsevlərin övladları Putini tanımayıblar.

Peskovun sözlərinə görə məhbus mübadiləsinə dair Moskva və Vaşinqton arasında avqustun 1-də keçirilən danışıqları FTX və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi aparıblar.

Sözçü Putinin məhbusluqdan qayıdanları hava limanında qarşılamasını “öz vətəninə xidmət edən insanlara ehtiramla” izah edib.

Rusiyaya qaytarılanlar

Dəyişdirilmiş rusiyalıları gətirən təyyarənin qarşçısında qırmızı xalı salınıb və fəxri qarovul dayanıb. Putin Krasikovu qucaqlayıb və Anna Dultsevaya çiçək dəstəsi verib.

Putin mübadilə nəticəsində Rusiyaya qayıdanlara yeni görüş, vəzifələr və dövlət mükafatları vəd edib.

Qərb ölkələrinin hökumətləri mübadilənin gedişində Rusiyaya Avropa və ABŞ-da törədilmiş cinayətlərdə ittiham olunan 8 Rusiya vətəndaşını qaytarıblar.

Bunlar Krasikov və Dultsevlərdən başqa, Norveç və Polşa hakimiyyətləri tərəfindən casusluqda ittiham olunan Mixail MikuşinPavel Rubtsov, Dövlət Dumasının deputatı Valeri Seleznyovun haker hücumlarına görə ABŞ-da uzunmüddətli həbs cəzası çəkən oğlu Roman, sanksiya rejimini pozmaqda ittiham olunan və FTX zabiti olduğu güman edilən Vadim Konoşyonok və ABŞ-da hakerlik yolu ilə səhmlərin insayder ticarətinə görə məhkum edilmiş Vladislav Klyuşindir.

Jurnalist təhqiqatlarına görə Klyuşin Rusiya hərbi kəşfiyyatı ilə bağlı ola bilər.

Seleznyovun xüsusi xidmətlərlə əlaqəsi naməlumdur.

XS
SM
MD
LG