Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Erdogan Rusiyaya odla oynamamağı məsləhət gördü


Recep Tayyip Erdogan və Vladimir Putin
Recep Tayyip Erdogan və Vladimir Putin

Türkiyə prezidenti Racep Tayyip Erdogan Rusiyaya odla oynamamağı məsləhət görüb. O belə bir bəyanatla noyabrın 27-də çıxış edib.

Tayyip Erdogan
Tayyip Erdogan

Erdoğan bu günlərdə sərhəd bölgəsində Suriyaya humanitar yük aparan maşın karvanının vurulmasına toxunarkən bildirib ki, bunu heç bir səbəb göstərmədən eləmək odla oynamaqdır.Erdogan bildirib ki, çox səmimi şəkildə Rusiyaya odla oynamamağı tövsiyyə edirik.

O həmçinin qeyd edib ki, "İslam Dövləti" qrupu ilə mübarizə bəhanəsi ilə beynəlxalq müttəfiqləri vurmaq, Rusiyaya gedən Türkiyə vətəndaşlarına əziyyət vermək, odla oynamaqdır.

--

Rusiya Türkiyəyə vizasız gediş-gəlişi dayandırdı.

RİA Novosti-nin məlumatına görə bu barədə noyabrın 27-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov məlumat verib.

Sergei Lavrov
Sergei Lavrov

Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Rusiya bundan əvvəl Qara dənizdə birgə təlimlər də daxil olmaqla Rusiya ilə hərbi sahədə də əlaqələri tam dayandırıb.

Buna səbəb Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurması olub.

Moskva deyir ki, Türkiyə yüksək səviyyədə üzr istəməlidir.

Ankara isə deyir ki, sərhədi pozduğuna görə o yox, Rusiya üzr istəməlidir.

--

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Recep Tayyip Erdoganın görüşmək təklifini rədd etdiyi bildirilir.

Reuters və Qərb mətbuatının məlumatına görə, bunu prezidentinin köməkçisi Yuri Ushakov deyib.

Yury Ushakov
Yury Ushakov

O bunun Ankaranın Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə bağlı olduğunu deyib.

Bundan əvvəl Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində görüşə bilməsi barədə məlumatlar yayılmışdı.

Bu konfrans noyabrın 30-da keçiriləcək.

Amma Ushakov deyib ki, Putin bu konfrans çərçivəsində İsrail baş naziri Benjamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcək.

Ushakov bildirib ki, bu görüşlərdə əsasən Suriya və Ukrayna münaqişələri müzakirə olunacaq.

Bu arada verilən məlumata görə isə,Rusiya birtərəfli qaydada Türkiyəyə vizasız gediş-gəlişi ləğv edib.

XS
SM
MD
LG