Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Putin Qarabağ münaqişəsi barədə: ‘Hərənin öz həqiqəti var’


Vladimir Putin "Rusiya çağırır!" forumunda
Vladimir Putin "Rusiya çağırır!" forumunda

Oktyabrın 29-da keçirilən “Rusiya çağırır!” investisiya forumunda iştirak edən Rusiya prezidenti Vladimir Putin çıxışından sonra Dağlıq Qarabağ münaqişəsi barədə suala da cavab verib.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilir.

Vladimir Putin suala cavabında nədənsə Dağlıq Qarabağ münaqişəsinin əvvəlcə Sumqayıtda baş vermiş iğtişaşlardan başlandığını iddia edib:

“Sovet İttifaqının ovaxtkı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görməyib. Ermənilər silaha sarılıblar, həm də bunu özləri ediblər. Yaxşı ediblər, yoxsa pis ediblər bilmirəm, amma onların hərəkətlərinə ilkin təkan etnik zəmində baş verən bu neqativ hadisələr olub. Bu nəyə gətirib çıxarıb? Ona gətirib çıxarıb ki, Dağlıq Qarabağın özü və Azərbaycanın yeddi rayonu Ermənistanın nəzarətinə keçib. Bu, yaxşıdır, yoxsa pis?..”

“Azərbaycan nə deyir?”

Rusiya prezidenti daha sonra Azərbaycan tərəfinin hazırkı mövqeyinə toxunub:

“Azərbaycan nə deyir? O deyir ki, bütün hallarda bu yeddi rayonun nə etnik münaqişəyə, nə də Ermənistana dəxli var. Çünki bu Azərbaycanın əzəli torpaqlarıdır. Azərbaycan deyir: “Bizim bu əraziləri qaytarmaq və Dağlıq Qarabağla məsələni həll etmək haqqımız var”. Başa düşürsünüz, hərənin öz həqiqəti var. Burda sadə həll yolu yoxdur. Bu düyün çox dolaşıq düyündür”.

Putin deyib ki, biz əvvəlcə beş rayonun, “beş üstəgəl iki” rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağda xüsusi rejimin yaradılması mümkünlüyündən çıxış edirdik:

“Məsələnin həlli hər iki tərəfin maraqlar balansının tapılmasındadır. Bu həll həm dəyişməz hörmətimiz olan Azərbaycan xalqının, həm də erməni xalqının və Ermənistan dövlətinin maraqlarını təmin etməlidir”.

Putin Türkiyənin adını çəkib

Putin qeyd edib ki, münaqişənin nizamlanması adamların “çox sadə” dolandıqları Qarabağ və Ermənistanın da inkişafına, bu bölgələrə investisiyaların yatırılmasına imkan yaradardı:

“Üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir. Lakin ilk öncə hərbi əməliyyatların, adamların həlak olmasının dayandırılması lazımdır”.

Rusiya prezidenti bunun ardınca deyib ki, daha sonra danışıqlar masası arxasına oturmaq və Minsk qrupunun prinsipləri əsasında tənzimləməyə başlamaq lazımdır.

Putin bunu da vurğulayıb ki, Minsk qrupunda Rusiya, ABŞ və Fransadan başqa Türkiyə də daxil bir çox ölkələr var:

“Bu birgə işin əsasında da konsensus və maraqların balansı əldə edilməlidir. Bunu etmək olar”.

XS
SM
MD
LG