Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:17

Rohani Putin və Erdoğana deyib ki, ABŞ Suriyadan çıxmalıdır


Hassan Rohani
Hassan Rohani

Bu, üç prezidentin ötən sentyabrda Astana formatı deyilən çərçivədə görüşündən sonra ilk təması idi

İyulun 1-də keçirilmiş videokonfrans zamanı İran prezidenti Hassan Rohani Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğana deyib ki, ABŞ qüvvələrinin Suriyada “qanunsuz” mövcudiyyətinə dərhal son qoyulmalıdır.

Bu, üç prezidentin ötən sentyabrda Astana formatı deyilən çərçivədə görüşündən sonra ilk təması idi.

Prezidentlər bu videokonfrans zamanı Suriyada 10 ildir ki, davam edən münaqişəni və oradakı son vəziyyəti müzakirə ediblər.

Bu münaqişədə Rusiya və İran Suriya prezidenti Bashar al-Assadın rejimini, Türkiyə isə onu devirməyə çalışan silahlı müxalifəti dəstəkləyir.

ABŞ prezidenti Donald Trump 2018-ci ilin dekabrında gözlənilmədən Suriyadakı 2000-2500 ABŞ hərbçisini oradan çıxarmağı əmr etdikdən sonra, Birləşmiş Ştatlar qoşunların çıxarılmasını bu ilin sonlarında başa çatdırmalıdır.

İran və Rusiyanın ortaq mövqeyi

Rohani israr edib ki, Suriya münaqişəsinin “hərbi yolla həlli yoxdur”, lakin o eyni zamanda İslam Dövləti ekstremist təşkilatının döyüşçülərinin Suriyada kökünün kəsilməsi əzmində olduğunu bildirib:

"Biz suriyadaxili dialoqu dəstəkləyirik və orada İŞİD-ə, əl-Qaeda və başqa əlaqəli qrupların terrorizminə qarşı döyüşmək əzmimizi vurğulayırıq. İslam respublikası inanır ki, Suriya böhranının yeganə həlli yolu hərbi yox, siyasıdır”.

Putinsə deyib ki, Suriyada döyüşən tərəflər arasında dinc dialoqa ehtiyac var.

O əlavə edib ki, terrorun qaynar nöqtələri hələ də Suriyanın İdlib qəzasında və başqa rayonlarda qalır:

"Mən vurğulayıram ki, Suriyada və bütünlükdə regionda terrorizmlə mübarizə onun kökü tamamilə kəsilənədək davam edəcək”.

Daha sonra prezidentlər arasında danışıqlar qapalı rejimdə keçib.

Suriyanın İdlib qəzasında Rusiya tərəfindən dəstəklənən Assad qüvvələrinin hücumlarının ardınca Ankara və Moskva arasında atəşkəs barədə razılaşma əldə olunub.

Türkiyə atəşkəs razılaşması əldə edilənədək Assad qüvvələrinə ağır hava zərbələri endirmişdi.

XS
SM
MD
LG