Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:42

Koronavirusa görə, qadağalar və icazələr...


Nazirlər Kabineti
Nazirlər Kabineti

İnsanların fərdi evlərində, mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Bu tələb bu gün, martın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında yer alıb.

Açıqlamda yazılıb ki, fərdi evlərdən, mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda mümkündür. Habelə, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrin icrası zamanı mümkün sayılır:

“... Digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.”

Açıqlamada qeyd edilib ki, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

“Bütün ticarət və ictimai iaşə məkanlarında... müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları, apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla).İstirahət və əyləncə məkanları üzrə xidmətlər.Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti”.

Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət) də bu sıraya aid edilir:

“Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri. Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət)”.

Qadağa habelə fotoatelye və fotostudiyalara da aid edilir:

“İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla). Fərdi mənzillərdə təmizlik xidmətləri. Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət)”.

İcazə verilənlər

Açıqlamaya görə, bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

“1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2.Səhiyyə və sosial sahə üzrə. Elmi-tədqiqat və laborator xidmətləri.

Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

Baytarlıq xidmətləri.Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı. Sosial xidmətlər. Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti”

İcazə verilən daha bir sahə isə infrastrukturla bağlıdır:

“Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması). Elektrik enerjisinin istehsalı və təchizatı. Su təchizatı və meliorasiya.Telekommunikasiya və rabitə xidmətləri"

Nəqliyyat və logistika sahəsi də icazəli qismə aiddir.

Bütün bunlardan başqa bu sırada bir sıra əsas istehsalat növləri də yer alır:

“Müdafiə sənayesi məhsullarının istehsalı.Neft avadanlıqları və qurğularının istehsalı.Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı...”

Pərakəndə və topdan satış üzrə də bəzi xidmətlərə də icazə verilir:

“Ərzaq məhsullarının satış məntəqələri. Apteklər, yanacaqdoldurma məntəqələri...”

Həmçinin, kütləvi informasiya vasitələri, məişət xidmətləri, maliyyə təşkilatları və bir sıra xüsusi xidmət növləri üzrə fəaliyyətə icazə verilir.

Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatdı
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib. Bildirildiyinə görə, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Operativ Qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib.

Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Dünən, martın 29-dan isə xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

XS
SM
MD
LG