Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Qazaxıstanda şəhərə xanın adı veriləcək


Kenesarı xanın Astanadakı heykəli
Kenesarı xanın Astanadakı heykəli

Qazaxıstanın Akmola vilayətindəki Derjavinsk şəhərinin adı dəyişdirilərək Kenesarı olub.

Qazaxıstan mediası xəbər verir ki, belə bir qərarı Akmola vilayəti Jarkayın rayonunun sakinləri keçirdikləri toplanışda qəbul ediblər.

Yerli media yazır ki, sakinlərin səs çoxluğu ilə Derjavinsk şəhərinin adının dəyişdirilməsi qərara alınıb.

Səsləri müşahidəçilər sayıblar.

Qərarın leyhinə səsvermədə iştirak edən 321 nəfərdən 192-si səs verib. 125 nəfər əleyhinə səs verib, daha 4 nəfər bitərəf qalıb.

İmperiyaya qarşı üsyan

Kenesarı xan 1837-1847-ci illərdə Rusiya imperiyasına qarşı ən böyük üsyana başçılıq edib.

Qazaxıstanda son illərdə küçələrə sovet vaxtı və Rusiya imperiyası dövründə verilmiş adlar da milliləşdirilir.

Bu ilin aprelində xəbər verilmişdi ki, Karaqanda vilayətinin bir neçə auluna qazax adları verilib.

Ötən il internetdə dərc edilmiş petisiyada Qazaxıstanın şimalındakı şəhərlərin adlarının dəyişdirilməsi tələb olunurdu.

Pavlodar şəhərinin Ertıs, Petropavlovsk şəhərinin Kızıljar olması təklif edilirdi.

Səsverənlərin əksəriyyəti dəyişikliklərə tərəfdar idi.

XS
SM
MD
LG