Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Qazaxıstanda lüks vergisi


Ekspertlər tariflərin təkcə zənginlər deyil, bütün digər vətəndaşlar üçün də arta biləcəyini istisna etmirlər
Ekspertlər tariflərin təkcə zənginlər deyil, bütün digər vətəndaşlar üçün də arta biləcəyini istisna etmirlər

Gələn ildən Qazaxıstanda dəbdəbə vergisi tətbiq ediləcək. Bunu İqtisadiyyat naziri Alibek Kuantirov deyib. Bu norma Vergi Məcəlləsinə dəyişikliklər edildikdən sonra işləyəcək.

İki və ya daha çox mülkə, lüks avtomobil və əşyalara sahib olanlar üçün tariflərin qalxması ehtimal olunur. Bəzi ekspertlər deyirlər ki, bu verginin köməyi ilə Qazaxıstan hakimiyyəti Milli Fonddan transferlərə əl atmadan büdcədəki boşluqları düzəltməyə çalışır.

İndi Qazaxıstanda sabit gəlir vergisi dərəcəsi var. Hər bir vətəndaş gəlirindən asılı olmayaraq qazancının 10 faizini dövlətə ödəməyə borcludur. Bu, dünyada ən aşağı göstəricilərdən biridir. Üstəgəl, Əlavə Dəyər Vergisi 12 faizdir, bu da yüksək yük hesab edilmir. Hakimiyyət və bir sıra ekspertlər hesab edirlər ki, dəbdəbə vergisi cəmiyyətdəki bərabərsizliyin səviyyəsini azalda bilər: indi sosial gərginliyin səbəbi məhz budur.

Düzdür, heç kim təminat vermir ki, varlı insanlar yeni verginin tətbiqi ilə varlı hesab edilməmək və əmlakı qohumlarına ötürmək üçün boz sxemlər düşünməyə başlamayacaqlar.

"Elə bir boşluq tapa bilərsiniz ki, şərti olaraq evi rəsmi gəliri olmayan hansısa kasıb qohumun adına yazırsınız. Buna uyğun olaraq o, nə ödəyəcək? O, heç nə ödəməyəcək", – iqtisadçı Arman Beysembayev izah edir.

O sonra da deyir: "İnstitusional cəhətdən səmərəsiz mühitimizdə, çox güman ki, bizim zəngin insanlar toxunulmaz bir kasta olaraq bu artan vergiləri ödəməyəcəklər".

2025-ci ildə Qazaxıstan iqtisadiyyatının fiskallaşdırılması planlaşdırılır: hər bir vətəndaşdan vergi bəyannaməsi təqdim etmək tələb olunacaq. Bunun həm də vergi sisteminin daha səmərəli olması üçün edildiyi bildirilir. Bununla belə, bəzi ekspertlər, məsələn, analitik Andrey Çebotarev tariflərin təkcə zənginlər deyil, bütün digər vətəndaşlar üçün də arta biləcəyini istisna etmir: hər şey büdcənin doldurulmasından asılı olacaq.

XS
SM
MD
LG