Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:38

Qazaxıstanda 71 faiz AES tikintisinə 'hə' deyir


Səsvrmədən sonra bülletenlər sayılır
Səsvrmədən sonra bülletenlər sayılır

Qazaxıstanda seçicilərin 71.12%-i AES-in tikilməsini dəstəkləyib. Seçici fəallığı 64 faiz olub.

Mərkəzi Referendumun Komissiyası ölkədə AES tikintisi üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb.

+++

Qazaxıstanda ilk nüvə enerjisi zavodunun tikintisi üzrə referendumda əsasən “hə” cavabı verilib. Bunu azı iki ekzit-polun nəticələrinə əsasən demək olar. Bu tikintinin tərəfdarları ölkənin kömürdən asılılığının azalacağını deyirlər. Opponentlər isə layihənin bahalığını, ətraf mühitə təhlükəsini əsas gətirirlər.

“Qazaxıstanda nüvə enerjisi zavodunun tikilməsinə razısınızmı?” Oktyabrın 6-da keçirilən referendumda seçicilərdən bu suala “bəli”, yaxud “xeyr” cavabı istənilib.

Astanadakı özəl tədqiqat qrupunun keçirdiyi ekzit-pola görə seçicilərin 70 faizi zavodun tikilməsini dəstəkləyib. Sotsis-A Sosial Tədqiqatlar İnstitutu da oxşar nəticə təqdim edib.

Rəsmi nəticələr oktyabrın 7-də açıqlanacaq.

Pozuntular

Layihəyə qarşı irimiqyaslı müxalif mövqeyə baxmayaraq, bir çox müşahidəçilər referendumun baş tutacağını gözləyirdi. Bu ölkədə siyasi mühit hökumətin sərt nəzarəti altındadır.

Mərkəzi Referendum Komissiyası seçici fəallığının 63.8 faiz olduğunu bildirib. Yəni, 7.82 milyon nəfər səsverməyə gedib. Onun baş tutması üçün 50 faizin iştirakı vacib idi.

Qazaxıstanda 12 milyon vətəndaşın səsvermə hüququ var.

Enerji resursları ilə zəngin bu avtoritar keçmiş sovet respublikasında müşahidəçilər müxtəlif pozuntuları qeydə alıblar.

Pozuntular sırasında qutulara topa bülleten atılması da var. Referendumdan öncə azı 26 fəal saxlanılıb. Ziddiyyətli nüvə enerjisi layihəsinə qarşı çıxanlara məhdudiyyətlər tətbiq olunur.

Tərəfdarların və opponentlərin arqumentləri

Nüvə obyektinin Almatı vilayətinin Ulken kəndində, Balxaş gölü sahilində tikilməsi planlaşdırılır. Layihə tərəfdarlarının fikrincə, yeni obyekt təmiz, əlçatan elektrik hasil edəcək, ölkədə aşağı enerji tarifləri saxlanacaq.

Ancaq ətraf mühit qrupları, bəzi vətəndaşların fikrincə, bu zavod ətraf mühitə, milli təhlükəsizliyə risklər yaradır.

Tənqidçilər deyirlər ki, zavodu Rusiyanın Rosatom dövlət nüvə agentliyi tikə bilər, bununla da Qazaxıstan Rusiyadan daha çox asılı olar, həm də mümkün münaqişə halında strateji hədəfə çevrilər.

Qazaxıstan rəsmiləri layihəyə hansı xarici şirkətin başçılıq edəcəyini açıqlamayıb. Mümkün tərəfdaşlar kimi Rosatom-un, Çinin CNNC, Cənubi Koreyanın KHNP, Fransanın EDF şirkətlərinin adları çəkilir.

Prezident Qasım-Jomart Tokayev Astanada səs verəndən sonra deyib ki, tikintiyə “beynəlxalq konsorsium” cəlb edilə bilər. Ancaq o, detallı danışmayıb.

XS
SM
MD
LG