Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Qərb qorxur, 'Putin heç nəyi vecinə almır'. NATO neyləsin


Buça
Buça

Putin Ukraynanı Avropanın Suriyasına çevirə bilərmi? Bridlav deyir ki, Rusiya birbaşa qalib gələ bilməyəndə Suriyanın şərqindəki kimi döyüşür. Hazırda Mariupolda vəziyyət belədir

Qərbin “nüvə silahları və 2-ci Dünya Müharibəsi sarıdan” qorxuları onun Ukrayna müharibəsində tamamilə çəkingən davranmağa vadar edir, Rusiya Prezidenti Vladimir Putin isə “heç nəyi vecinə almır”. Bunu NATO-nun keçmiş komandiri Filip Bridlav AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə müsahibəsində deyib. O, ABŞ Hava Qüvvələrinin istefada olan generalıdır, vaxtilə ABŞ-ın Avropadakı qüvvələrinə başçılıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-dan əlavə silah istəyir. Bridlav NATO-nun Ukraynaya yetərincə kömək etmədiyini düşünür. O, təşəbbüsün düşmənə verildiyini deyib. “Anlamıram ki, niyə başqa ölkələrin onlara vermək istədiyi MiG qırıcıları hələ də orada deyillər”, – o deyib.

NATO indiyədək İraq, Bosniya, Liviya kimi yerlərdə humanitar fəlakəti önləmək üçün müdaxilə edib. Gerçəkdənmi nüvə silahlarına görə Ukraynada belə etməyib?

“Biz nüvə silahları və 3-cü Dünya müharibəsindən o qədər narahat olmuşuq ki, özümüzü tamamilə çəkingən mövqeyə salmışıq. Putin isə heç nəyi vecinə almır. O, Ukraynada vətəndaşlara qarşı ən dəhşətli müharibəni işə salıb, hazırda kriminal həddi də aşıb. Qərb liderləri həftələrdir deyirlər ki, o bunu eləsə, biz də bunu edəcəyik. Bu, təşəbbüsü düşmənə vermək, düşmənin elədiyinə reaksiya vermək deməkdir”, – keçmiş komandir deyib.

Rusiya Ukraynanın şəhərlərini vurmaqda davam edir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Avropanın Suriyası?

Bridlav Rusiyanın hazırda danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışdığını düşünür. Elə Zelenski də müəyyən qədər bunu istəyir, əkshücuma keçib mövqeyi möhkəmlətmə danışıqlarda daha yaxşı mövqe əldə etmək istəyir: “Biz Zelenskinin istəmədiyi heç nəyi qəbul etməməliyik. Söhbət Qərbin indi Ukrayna üçün nə istəməsindən getmir. Söhbət Ukraynanın və Prezident Zelenskinin xalqı üçün nə istəməsindən gedir. Məncə, o, Ukrayna torpaqlarının hamısını geri tələb etməlidir. Onu daha azına məcbur etməyə çalışmamalıyıq”, – o söyləyir.

Putin Ukraynanı Avropanın Suriyasına çevirə bilərmi? Bridlav deyir ki, Rusiya birbaşa qalib gələ bilməyəndə Suriyanın şərqindəki kimi döyüşür. Hazırda Mariupolda vəziyyət belədir:

“Ordunuzu məğlub edə bilməsək, sakinlərinizi qətl, terrorizə edərik. Onlar həm də qaçqın axınından silah kimi istifadə edirlər, milyonlarla insan Avropaya gedir. Öncəki qaçqın axınlarının Avropada yaratdıqlarını yada salın, bir çox siyasi problemlər ortaya çıxdı, bəzi çox vacib və güclü hökumətlər gedəsi oldu. Sərhəd boyunca NATO-nun bütün üzvlərinə bu problem yaratmaqla Rusiya yeni müharibə aparır”.

“Həlledici” məqam

Ukrayna “həlledici” və “təhlükəli” məqamdadır, Şərqi Avropa ölkələri ona daha çox silah və təchizat verə bilərlər. Bunu isə MKİ-nin (CIA) keçmiş direktoru, ABŞ-ın İraq və Əfqanıstanda qüvvələrinin keçmiş komandiri Deyvid Petraeus AzadlıqRadiosu-nun Balkan xidmətinə deyib.

Pentaqon indiyədək Ukraynaya 1.6 milyard dollarlıq təhlükəsiz yardımı göndərdiyini açıqlayıb. Buraya Stinger raketləri, tank əleyhinə silahlar daxildir.

“Ukraynalılar çox effektiv, qəhrəmancasına, kreativliklə, cəsarətlə savaşırlar və biz onlara kömək etməliyik. Şərqi Avropa ölkələri özlərinin müdafiə arsenalına baxaraq Ukraynaya faydalı olacaq şeyləri verməlidirlər”, – Petraeus söyləyib.

ABŞ-ın Avropadakı ordusunun komandiri olmuş Mark Hertlinq aprelin 2-də tvitində yazıb ki, sovet ağır texnikasını, Ukrayna qüvvələrinin yaxşı bələd olduğu T72 tanklarını göndərmək məntiqli olardı.

Petraeus Ukraynanın Kiyev döyüşlərini udduğunu düşünür. “Onlar Çerniqovda və Sumidə də döyüşləri qazanıblar”, – o vurğulayır.

“Beş həftəyə 15 min əsgər itkisini təsəvvürə gətirə bilmirəm. Bu başgicəlləndiricidir”, – Petraeus Rusiyanın itkiləri barədə belə deyib. Amma bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb. Ukrayna Rusiyanın 18 mindən çox, Qərb isə 10 min civarında itki verdiyini deyir. Rusiya hakimiyyətinin göstərdiyi rəqəm bunlardan xeyli azdır.

Ukrayna müharibəsində vurulan dünyanıın ən nəhəng təyyarəsi
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Srebrenitsa anı

Petraeus ABŞ qüvvələrinin Ukrayna müharibəsinə birbaşa iştirakını təsəvvürünə gətirmədiyini desə də, “Srebrenitsa anı adlandırıla biləcək məqama yaxınlaşa bilərik” deyə əlavə edir. 1995-ciildə Bosniyada serb qüvvələrinin 8 min müsəlman kişi və oğlanı qətlə yetirməsi Srebrenitsa qırğını adını alıb.

“Yada salın, Srebrenitsa baş verənədək ABŞ qüvvələri Bosniyaya müdaxilə etmədi. Dünyada mənəvi qəzəb o qədər güclü idi ki, ABŞ sonda hərəkətə keçməyə məcbur oldu. ABŞ-ın birbaşa hərbi addım atacağını demək istəmirəm, amma məncə, Rusiyanın istənilən sənayesini qidalandıran təchizat zəncirini dağıdacaq, onun hər bir elementinə sanksiya qoyacağıq”, – Petraeus söyləyib.

Rusiya fevralın 24-də Rusiyaya irimiqyaslı hücuma başlayıb. Qərb buna cavab olaraq Rusiyaya sərt maliyyə sanksiyaları tətbiq edir.

XS
SM
MD
LG