Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:14

Deputat: 'Bahalığı yalnız dollara bağlamaq mənasızdır'


Fazil Mustafa
Fazil Mustafa

«Ölkə bazarlarındakı bahalanmanın iki mənbəyi var. Bunlardan biri inhisarçılıq, digəri isə möhtəkirlikdir».

Bunu AzadlıqRadiosuna deputat Fazil Mustafa bildirib.

Onun fikrincə, bazarlarda möhtəkirliyin qarşısı alınmır. Digər tərəfdən isə inhisarçılıqla yetərli mübarizə aparılmır.

F.Mustafa bəzi şəxslərin bahalanmanı sırf dolların məzənnəsi ilə əsaslandırması ilə razılaşmır: «Əgər elədirsə, o zaman iki aya yaxındır ki, dolların məzənnəsində ciddi dəyişiklik baş vermir. Sual yaranır ki, bəs onda bu bahalanma, özü də gündəlik bahalanmanın səbəbi nədir? Odur ki, bunu dolların məzənnəsi ilə əsaslandırmaq mənasızdır».

F.Mustafa hesab edir ki, pərakəndə satış məntəqələri malların bahalanmasında və bununla da müştərini özündən qaçaq salmaqda heç zaman maraqlı olmayıb: «Bu bahalanma topdansatış mərkəzlərindən başlayır və bütün satış şəbəkələrini əhatə edir. Bu mərkəzlər isə inhisarçıların əlindədir. Odur ki, həm möhtəkirlərlə, həm də inhisarla ciddi mübarizə getməlidir».

Deputat hesab edir ki, hökumət bu istiqamətdə səylərini artırmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12.5 faiz artıb.

Müstəqil iqtisadçılar isə bahalanmanın daha yüksək olduğunu düşünürlər.

XS
SM
MD
LG