Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Qubad İbadoğlunun şikayəti təmin olunmadı


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Amma Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib – ADR sədri haqqında istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri qüvvədə saxlanıb.

Qapalı keçirilən məhkəmə iclasında Qubad İbadoğlu özü də iştirak edib. O, saxta pul dövriyyəsi ittihamının da, haqqındakı həbs qərarının da əsassız olduğunu deyib.

Vəkillər vurğulayıb ki, Qubad İbadoğlu dünyada tanınmış professordur, Böyük Britaniya universitetində dərs deyir. Vəkilləri bildirib ki, onun istintaqdan yayınmaq niyyəti yoxdur.

Buna baxmayaraq, Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcəklər.

ADR sədrinin qardaşı Qalib Bayramov isə onun həbs olunandan hələ də ailə üzvlərilə əlaqə saxlaya bilmədiyini deyir: “Vəkillər bununla əlaqədar rəsmi qaydada şikayət edəcək. Çünki həbsdə saxlanılan şəxsin ailə üzvlərilə telefonla danışmaq, görüşmək hüququ var. Qubad İbadoğlunun bu hüquqları pozulur”.

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Xatırlatma

ADR Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Yaxınları bəzi xəstəlikləri olduğu bildirilən Qubad İbadoğluna dərman və sovqat çatdırılmasına şərait yaradılmamasından şikayətləniblər. Amma onların şikayətlərinə rəsmi münasibət bildirilməyib.

ADR dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG