Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Nazarbayevin qardaşı gəlininə 8 il iş kəsildi


Kayrat Satıbaldı
Kayrat Satıbaldı

Qazaxıstanda məhkəmə keçmiş prezident Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş arvadı Qulmira Satıbaldını başqasının mülkiyyətinin mənimsənməsi və israfı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə məlumatı informburo.kz saytı yayıb.

Xəbərdə deyilir ki, məhkəmə habelə Satıbaldıya kommersiya qurumlarında 10 il müddətində rəhbər vəzifələr tutmağı qadağan edib.

İstintaqın məlumatına görə 2018-ci ilin payızında Sırdərya çayının sol sahilində istilik şəbəkələrinin tikintisi üçün keçiriləcək dövlət tenderindən əvvəlcədən xəbəri olan Qulmira Satıbaldı Ariya Jana Astana şirkətinin rəhbəri Qani Bekbosınova tender üçün lazımi sənədlərin hazırlanmasını tapşırıb.

Bundan sonra Satıbaldının səyləri ilə Ariya-Jana Astana şirkəti tenderdə qalib olub.

Bunun ardınca Qulmira Satıbaldı Bekbosınova ayrılmış büdcə əsasında əslində icra edilməmiş tikinti-montaj işləri üçün aktların hazırlanmasına göstəriş verib.

Görülməmiş iş üçün 14 akt

İstintaq materiallarında deyilir ki, 2018-2020-ci illərdə Satıbaldı Bekbosınovla birlikdə guya icra edilmiş 4.7 milyon dollarlıq iş üçün 14 akt tərtib ediblər.

Müttəhimin hərəkətlərinə görə dövlətə 965 min dollarlıq ziyan dəyib.

2023-cü ilin mayında Qazaxıstan məhkəməsi Qulmira Satıbaldını özbaşınalıq və adam oğurluğuna görə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Qazaxıstanda yanvar iğtişaşlarından sonra Nazarbayev ailəsinin üzvləri və onların yaxın çevrəsinə daxil olanlar vəzifələrini itiriblər.

Prezident Tokayev o vaxt bəyan etmişdi ki, qohumbazlıqla mübarizə aparacaq.

O bildirmişdi ki, bu mənfi sosial meyl kadrların seçilməsi sistemini pozur və korrupsiya üçün münbit şərait yaradır.

XS
SM
MD
LG