Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Qurban Qurbanov millidən ayrıldı


Atletico Madrid və Qarabag FK oyunu, 31 oktyabr 2017
Atletico Madrid və Qarabag FK oyunu, 31 oktyabr 2017

Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli yığmasının baş məşqçi vəzifəsindən gedib.

AZƏRTAC xəbər verir ki, bu haqda o özü məlumat verib.

Qurban Qurbanov istefasının səbəbini belə izah edib:

"Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər”.

Keçmiş baş məşqçi əlavə fikir söyləmək istəmədiyini desə də, əlavə edib ki, inkişaf istənilirsə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır.

“AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun", deqib.

Qurban Qurbanov yığmada işini vicdanla yerinə yetirdiyini bildirib: "Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək. Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klublarınə görə bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam".

Qurban Qurbanov milli yığmaya ötən il baş məşqçi gətirilmişdi. Onunla 6 illik müqavilə bağlanmışdı.

XS
SM
MD
LG