Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Ata Berdımuhammedovun bölgə səfərləri. 'Həyat dayanır'


Qurbanqulı Berdımuhammedov pambıq tarlasında
Qurbanqulı Berdımuhammedov pambıq tarlasında

Ötən həftəsonu Türkmənistanın avtoritar keçmiş prezidenti Qurbanqulı Berdımuhammedov ölkənin Marı bölgəsinə gedib. Səfərdən öncə küçələr təmizlənib, binalar boyanıb, tarlalar alaq otlarından təmizlənib.

Tünd rəngli maşınların bir neçə günlük ortaya çıxarılmaması əmri verilib. Əmrə tabe olmayanlarınsa maşınları nəqliyyat polisi tərəfindən aparılıb.

2007-ci ildən bəri ölkəni idarə edən və bu ilin martında hakimiyyəti oğlu Sərdara ötürən Berdımuhammedov həm də ağ rəngi və təmizliyi sevməsi ilə tanınır.

65 yaşlı Berdımuhammedov noyabrın 12-də Marıda pambıq və taxıl tarlalarına təptəzə ağ maşında gedib. Hazırda o, parlamentin yuxarı palatasının sədri vəzifəsini tutur, siyasi gücü qətiyyən azalmayıb.

İranda mağaza, bazar və müəssisələr də etirazlara qoşuldu
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Lazımsız yük

Ölkənin qərbindəki Balkan bölgəsində də “Berdımuhamedovlardan birinin” gəlişi münasibətilə ciddi hazırlıq görülüb. Minlərlə insan bu işə cəlb edilib.

Bölgə rəsmiləri ölkə rəhbərlərinin xoşuna gəlmək üçün əlindən gələni etsələr də, sadə vətəndaşlar o qədər də həvəsli görünmürdü.

Bəzi Marı sakinləri AzadlıqRadiosuna deyiblər ki, bu cür səfərlərə bahalı hazırlıq yoxsulluq içində boğulan camaata yaraşmır.

"Özümüzü zorla dolandırdığımız vaxtda bu, lazımsız yükdür. Dəhşətli iqtisadi duruma baxmayaraq, hələ də Berdımuhammedovlardan qurtula bilmirik”, – anonimlik şərtilə danışan bir yerli sakin deyib.

Qumda təhsil alan qadın: 'Bizə vətəni sevməyənlər kimi baxılır'
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

Saxta rifah görüntüsü

Dünyanın dördüncü ən zəngin təbii qaz yataqlarının üzərində yerləşən Türkmənistan maliyyə böhranı və ərzaq qıtlığından əziyyət çəkir.

Ancaq ölkə rəsmiləri hələ də prezident, yaxud onun atası bir bölgəyə səfər edəndə saxta rifah görüntüsü yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Yerli məmurlar minlərlə insanı küçələri süpürməyə, evləri boyamağa, ağac əkməyə səfərbər edirlər. Uşaqlı-qocalı yüzlərlə insanı milli paltar geyinməyə və müxtəlif mərasimlərdə gələn qonaqları qarşılamağa məcbur edirlər.

Bu həftə Balkan bölgəsində 2 min 500-dək insan – əsasən dövlət sektorunda işləyənlər – iş yerlərindən götürülərək liman şəhəri Türkmənbaşını qonaqların gəlişinə hazırlamağa aparılıb. Xəbəri yerli mənbələr verib.

Bazarlar bağlanır

Bu cür səfərlər zamanı kiçik bazarlar, meyvə-tərəvəz piştaxtalarına bağlanmaq əmri verilir. Bu çox zaman təhlükəsizlik və ya hətta sadəcə, görüntünü “korlamamaq” üçün edilir. Türkmənlər prezident gələndə şəhərlərində “həyatın dayandığını” deyirlər.

Marının yerli hökumətinə yaxın mənbələr AzadlıqRadiosuna deyiblər ki, rəsmilər burada tarlaların belə qüsursuz olmasını, Berdımuhammedovun helikopterdən baxanda bəyənməsini istəyiblər.

Sakinlərə və kənd kafelərinin sahiblərinə keçmiş lider gedənə qədər odun yandırmamaq əmr edilib. Axı əksər kəndlərdə insanlar evlərini odunla qızdırmağa məcburdurlar. Ancaq insanların əmrə tabe olmasını təmin etmək üçün əraziyə təhlükəsizlik xidmətləri yeridilib.

Türkmənistan prezidenti at haqda rep dedi
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Məxfi məlumat

Rəsmi mənbələr son günədək gələn qonağın hansı Berdımuhammedov – ata, yoxsa oğul – olması barədə məlumat verməyiblər. Liderlər haqda məlumatların məxfi saxlanması Türkmənistan hökuməti üçün xarakterikdir.

Növbəti gün dövlət televiziyası ata Berdımuhammedovun fermerlərlə danışdığını göstərib. O, şux geyinmiş fermerlə söhbət edərkən qara kostyumları təəccüblü dərəcədə eyni olan məmurlar yaşıl rəngli bloknotlarına nəsə yazırdılar.

Bu, keçmiş prezidentin Marı bölgəsinə sentyabrın əvvəlindən bəri ikinci səfəri idi.

Berdımuhammedov Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitinə qatılıb, növbəti günsə ölkənin cənub-şərqində yerləşən bu bölgəyə səfər edib. Bütün digər ölkələr sammitdə prezidentlər səviyyəsində təmsil olunsa da, Sərdar Berdımuhammedov tədbirdə iştirak etməyib.

XS
SM
MD
LG