Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:29

'Şimal Axını-2' kəmərinə qaz doldurulur


Şimal axını 2 kəmərinin inşaatçıları
Şimal axını 2 kəmərinin inşaatçıları

Şimal Axını 2 kəmərininin istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə təsadüf edir

Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək Şimal Axını 2 kəmərinə qazın doldurulmasına başlanıb.

İsveçrədə mənzillənən və Rusiyanın Gazprom şirkətinin törəməsi olan Nord Stream 2 AG şirkəti oktyabrın 4-da bildirib ki, kəmər tədricən qazla doldurulacaq.

Şimal Axını 2 kəmərininin istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə təsadüf edir.

Nord Stream 2 AG şirkəti kəmərin tam istismara veriləcəyi tarixi hələ açıqlamayıb.

Almaniya mediası bildirir ki, qazın verilməsinə artıq bu ay başlana bilər.

Avropa İttifaqının enerji tənzimləyiciləri Şimal Axını 2 kəmərinin ittifaqın qaydalarına uyğunluğu məsələsini nəzərdən keçirir.

Şimal Axını 2 Rusiya qazının ənənəvi tranziti olan Ukraynadan yan keçir. Kiyev və bir sıra Qərb ölkələri bu kəmərin tikintisinə qarşı idilər.

Kəmərin tikintisi Ukraynanı ildə 2 milyard dollar tranzit gəlirlərindən məhrum edəcək.

Tam istismara verildikdən sonra bu kəmər Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql edəcək.

Birləşmiş Ştatlar Şimal Axını 2 kəmərinin əleyhinə olsa da, sonradan Almaniya ilə münasibətlərin yoluna qoyulması üçün biu kəmərlə bağlı sanksiyaları qaldırıb.

Buna baxmayaraq Dövlət Departamenti bildirib ki, Vaşinqton Şimal Axını 2 layihəsinə qarşı olaraq qalır.

XS
SM
MD
LG