Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Dünya Bankı: Rusiya və Ukraynada kəskin iqtisadi geriləmə olacaq


Foto arxiv
Foto arxiv

Rusiyada iqtisadi tənəzzülün 8,9 faizə çatacağı proqnozlaşdırılır.

Dünya Bankı 2022-ci ildə Ukraynada Ümumdaxili Məhsulun (ÜDM) 45% azalacağını proqnozlaşdırır.

Azadlıq Radiosu Rusiya xidmətinin iyunun 8-də yazdığına görə, həmçinin Rusiyada iqtisadi tənəzzül 8,9 faizə çatacaq.

Dünya Bankının qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı hesabatında deyilir ki, Rusiyanın Ukraynaya təcavüzü Ukraynanın sənaye sektorunu sarsıdıb, bu infrastrukturun dağılması, əhalinin sayının kəskin azalmasına səbəb olub.

"Öz növbəsində, Rusiyanın Ukraynaya hücumundan sonra ona qarşı tətbiq edilən sanksiyalar və xarici şirkətlərin Rusiyadan kütləvi getməsi bu ölkənin iqtisadiyyatına ağır zərbə vurub, amma enerji ixracından əldə olunan gəlirlər hələlik hökumətə büdcə xərclərini maliyyələşdirməyə imkan verir", deyə məlumatda bildirilir.

Hesabatda qeyd edilir ki, Rusiyanın Ukraynaya qhücumu qlobal iqtisadiyyata da mənfi təsir göstərir.

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu yarıdan çox azaldaraq 1,2 faizə endirib. "Dünya uzunmüddətli zəif iqtisadi artım və inflyasiyanın artması dövrünə qədəm qoyur", deyə Dünya Bankının ekspertləri yazır.

Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukrayna və Rusiyadan taxıl və bitki yağları ixracında yaranan problemlər bu malların bahalaşmasına və inflyasiyanın artmasına səbəb olur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

XS
SM
MD
LG