Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Rusiyanın könüllü imtina etməli olduğu ərazilər hansılardır?


Çin sərhədçiləri Rusiya ilə sərhəddə Heilongjiang əyalətində keşiş çəkirlər
Çin sərhədçiləri Rusiya ilə sərhəddə Heilongjiang əyalətində keşiş çəkirlər

Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları Rusiyanın Novosibirsk vilayətindəki Sladkoye gölünü Qazaxıstana vermədiyini, gölün sadəcə quruduğunu bildiriblər.

Rusiya və Qazaxıstan arasında sərhədlərin delimitasiyası (sərhədlərin keçdiyi yerlərin müəyyən olunması) 2005-ci ildə sona çatıb. Sərhədlərin demarkasiyası (müvafiq işarələrin, məsələn, sərhəd dirəklərinin quraşdırılması) isə bu günədək davam edir.

Buna da bax:​ Rusiya Sladkoye gölünü Qazaxıstana verib, yoxsa..?

Rusiyanın sərhədi dünyada ən uzun dövlət sərhədidir. İlhaq olunmuş Krımı saymasaq, onun uzunluğu demək olar ki, 61 min kilometrdir. Bu, keçmiş SSRİ-nin sərhədinin uzunluğuna yaxındır.

Müstəqilliyini elan edəndən sonra köhnə ərazi mübahisələri həll olunmamış qaldı. Yeni dövlətlər, keçmiş sovet respublikaları ilə sərhədləri isə 1991-ci ilədək heç kim ciddi qəbul etmirdi.

Son 26 il ərzində Rusiya, demək olar, bütün qonşuları ilə sərhəd müqavilələri imzalayıb. Özü də, nə qədər qəribə olsa da, Rusiya çox vaxt qonşularının ərazi iddiaları ilə razılaşıb. Sladkoye gölündən fərqli olaraq, həqiqətən də torpaqlar və su hövzələri qonşu dövlətlərə verilib.

Buna da bax:​ Rusiya Baltik dənizində sahili tutmağı məşq edir

Norveç

2010-cu ildə Rusiya prezidenti Dmitry Medvedev və Norveçin baş naziri Jens Stoltenberg (NATO-nun hazırkı baş katibi) Barens dənizi və Şimal Buzlu okeanında dəniz məkanlarının bölünməsinə dair müqavilə imzalayıblar. 175 min kvadrat kilometrlik mübahisəli akvatoriya tən yarı bölünüb.

Bu akvatoriyanı SSRİ hələ 1926-cı ildə birtərəfli qaydada özününkü elan etmişdi. Norveç dənizə birtərəfli iddiasını bundan xeyli sonra, 1976-cı ildə irəli sürüb.

İki dövlət 40 il razılığa gələ bilməyib. SSRİ-nin 80-ci illərdə burada neft və qaz çıxarmaq cəhdləri Norveç tərəfindən bloklanıb. Bu hövzə yalnız balıqçılığa açıq olub. Üstəlik, müqavilənin imzalanmasından öncəki son bir neçə il ərzində Norveç hökuməti Rusiyanın balıqçı gəmilərini dəfələrlə saxlayıb.

Buna da bax:​ Rusiya qərb sərhədlərini gücləndirir

Çin

Çində gedən vətəndaş müharibəsinin ölkəni böldüyü, Yaponiyanınsa ərazilərinin xeyli hissəsini işğal etdiyi zamanlarda SSRİ Uzaq Şərqin bəzi ərazilərini ələ keçirib. ÇXR bu vəziyyətdən narazı idi. İki dövlət ilk dəfə 1964-cü ildə sərhəd razılaşmasını imzalamağa cəhd edib. Sənədlərin layihəsi də hazır imiş. Amma son anda Leonid Brezhnev Nikita Khruschev-u əvəz edib. Yeni lideri isə sərhədlə bağlı təkliflər qane etməyib.

1969-cu ildə Çinin başladığı bir neçə sərhəd münaqişəsi, az qala, iki sosialist respublikası arasında tammiqyaslı müharibəyə yol açacaqmış. Damansk (enabo) adasında baş vermiş döyüşdə yüzlərlə, Jalanaşkol gölündə (hazırda Qazaxıstanda yerləşir) gölündə gedən döyüşlərdə isə onlarla adam həyatını itirib.

Buna da bax: Rusiya hərbi texnikasının Şimali Koreya sərhədinə doğru cəmləşdiyi xəbər verilir

1991-ci ildə SSRİ prezidenti Mikhail Gorbachevun imzaladığı sənədə görə iki ölkə arasındakı sərhəd Amur çayından keçirdi. Ancaq sonradan Rusiya XİN-nin rəhbəri Sergei Lavrov deyirdi ki, çaydakı adaların statusu qeyri-müəyyən qalıb.

2004-cü ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin ümumi sahəsi 337 kvadrat kilometr olan üç adanı Çinə verməyə razı olub.

Rusiya Kommunist Partiyası (KPRF) adaların Çinə verilməsinə etiraz edib. Kommunistlər bu mübahisəli adalarda yaxınlıqda yaşayan Xabarovsk sakinlərinin bağ evlərinin (daçaları) olduğunu deyirdilər.

Buna da bax: Rusiya niyə Belarusdan ayrılır: 3 səbəb

Azərbaycan

Xraxoba və Üryanoba kəndləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Dmitry Medvedev-in görüşündə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib.

Bu kəndlər XX əsrdə müvəqqəti yaylaqların yerində yaranıb. Bura ləzgilərin kompakt yaşadığı ərazilərdir. SSRİ-nin dağılmasından sonra hər iki kənd Azərbaycanın içərisində qalmış Rusiya ekslavlarına çevrilib. Yəni sərhədə çıxışları olmayıb.

Buna da bax:​ Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?

ABŞ

1990-cı ilin iyulunda, SSRİ-nin dağılmasına il yarım qalmış xarici işlər naziri Eduard Shevardnadze (sonradan Gürcüstanın prezidenti olub) və ABŞ-ın Dövlət Katibi James Baker Berinq boğazı akvatoriyasının bölünməsi haqda müqavilə imzalayıblar. SSRİ Ali Soveti bu müqaviləni ratifikasiya etməyə imkan tapmayıb. Rusiya Dövlət Duması isə sənədi müzakirə etsə də, onu qəbul etməyib.

Rusiya sənədi ratifikasiya etməsə də, müqavilə de-fakto qüvvədədir. Müqavilənin şərtlərinə görə, Berinq dənizindəki bəzi ərazilər ABŞ-a keçib.

XS
SM
MD
LG