Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Rusiya “Parisin qisasını alır”, Türkiyə xəbərdarlıq edir


Rusiya Suriyaya atdığı mərmilərin üstünə “Za Parij” – “Parisə görə” sözlərini yazır, Ankara Moskvaya "türkmən xəbərdarlığı" edir

Rusiyanın Suriyadakı hava-kosmik qüvvələrinin yer heyəti mərmiləri təyyarələrə yükləməzdən əvvəl onların üzərinə rusca “Za Parij” – yəni “Parisə görə” sözlərini yazır.

Bu ənənə ruslara İkinci Dünya Müharibəsindən qalıb.

O zaman da tank və top lülələrinə, bombaların üstünə “Za Stalina”, “Za Moskvu” kimi şüarlar yazılardı.

İkinci Dünya Müharibəsinə aid kinoxronikadan
İkinci Dünya Müharibəsinə aid kinoxronikadan

Rusiya Müdafiə Nazirliyinin saytında isə bir əsgərin Himeym bazasında mərminin üzərinə “Bizim oğlanlara görə” yazdığını əks etdirəm foto yerləşdirilib.

Reuters agentliyi yazır ki, mərmilərin üzərinə “Parisə görə” yazmaqla Rusiya hərbiyyəsi ötən həftə Parisdə terrora qurban gedənlərin qisasını aldığını nümayiş etdirir.

Bundan əvvəl Rusiya bombardmançılarının Misir üzərində qəzaya uğradılmış sərnişin təyyarəsinin qisasını aldığı bildirilir, Rusiya telekanalları efirə “Qisas əməliyyatı” manşeti ilə çıxırdılar.

Bombardman Qərblə Kremli yaxınlaşdıracaqmı?

Rusiya siyasətçiləri isə bildirirlər ki, Parisdə baş verənlər Qərb və Kreml arasındakı fikir ixtilafını aradan qaldırmalı və onlar Suriyada əl-ələ hərəkət etməlidirlər.

Hərbçilər bildirirlər ki, dörd gün ərzində İŞİD-in nəzarətində olan ərazilərə endirilmiş 100 raket zərbəsi 800 “terrorçu hədəfi” məhv edib

Son 24 saat ərzində Rusiya təyyarələrinin Suriya üzərində raket zərbələrini intensivləşdirdiyi xəbər verilir.

Bununla belə, prezident Putin deyib ki, hava zərbələrinin hazırkı həcmi İslam Dövləti adlanan təşkilatı məğlub etmək üçün kifayət deyil.

Media xəbərlərində deyilir ki, Vladimir Putinin çıxış etdiyi dəqiqələrdə Rusiyanın Xəzər donanması Suriyadakı İŞİD hədəflərinə uzaqmənzilli raketlər atırdı.

Rusiya Suriyanı raketlərlə “şumlayır”

Məlumatlara görə, bu raketlərdən bəziləri İD qruplaşmasının Deyr əz-Zaur məntəqəsindəki bir sıra mühüm strateji hədəflərini vurub. Bu əyalət İŞİD-in Raqqadakı istehkamı və İraqda cihadçıların nəzarətində olan ərazilər arasında starteji nöqtədə yerləşir.

Eyni zamanda Deyr əz-Zaur əyaləti neftlə zəngin bölgədir.

Suriyada türkmən kəndi (Arxiv)
Suriyada türkmən kəndi (Arxiv)

Rusiya hərbiyyəsi bildirib ki, 18 uzaqmənzilli raketlə “islamçıların” Raqqa, İdlib və Hələb əyalətlərindəki 7 mühüm obyekti sıradan çıxarılıb.

Ümumiyyətlə isə, Rusiyanın bombardmançşı təyyarələri Deyr əz-Zaur üzərində 50 reyd keçiriblər.

Hərbçilər bildirirlər ki, dörd gün ərzində İŞİD-in nəzarətində olan ərazilərə endirilmiş 100 raket zərbəsi 800 “terrorçu hədəfi” məhv edib.

Türkiyə türkmənlərə görə xəbərdarlıq edib

Bu arada Türkiyə Rusiyaya xəbərdarlıq edərək onu Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindəki türkmən kəndlərinin bombardmanını dayandırmağa çağırıb.

Xəbər verirlir ki, bu hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Notada deyilir ki, türkmən əhalisi olan kəndlərin bombardmanı ciddi nəticələrə səbəb ola bilər.

Xəbər verilir ki, Rusiyanın hərbi kampaniyasından dəstək alan Suriya hökumət qoşunları Latakiya əyalətinin şimalında yerləşən Bayır Bucaq ərazisinə hücuma keçiblər. Bu ərazidə əsasən türkmən kəndləri yerləşir.

XS
SM
MD
LG