Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:51

Rusiya ABŞ dollarından asılılığı azaltmağa çalışır


Sergei Ryabkov
Sergei Ryabkov

Vaşinqtonun yeni sərt sanksiyalarından sonra Rusiya ABŞ dollarından və kredit kartı sistemindən asılılığı azaltmaq yönündə işləri sürətləndirəcək. Bunu rusiyalı diplomat avqustun 7-də bildirib.

Dünyada neft, qaz və digər xammal satışı, əsasən, ABŞ dollarıyla aparılır və sanksiyaların Rusiyanın enerji sektoruna ciddi təsir göstərəcəyi gözlənir.

«Biz, əlbəttə, idxalın əvəzlənməsi, ABŞ ödəniş sistemlərindən, dollardan həlledici valyuta kimi asılılığı azaltmaq üçün işi sürətləndirəcəyik», – xarici işlər nazirinin müavini Sergei Ryabkov «Mejdunarodnaya Jizn» (Beynəlxalq Həyat) dərgisinin avqustun 7-də dərc etdiyi müsahibəsində deyib. Məlumatı Rusiya xəbər agentlikləri yayıb.

Buna da bax-Trump: 'ABŞ-Rusiya münasibətləri ən aşağı və təhlükəli səviyyədədir'

«Yoxsa həmişə onlardan asılı olacağıq», – diplomat söyləyib.

«RUSİYA TƏZYİQ ALTINDA GÜZƏŞTLƏRƏ GETMİR»

S.Ryabkov-un sözlərinə görə, sanksiyalar məqsədinə çatmayacaq. Məqsəd Rusiyanı Ukraynanın işğalına son qoymağa, Suriya hökumətinə dəstəyi dayandırmağa məcbur etməkdir.

Sanksiyalar həmçinin, Rusiyanı ABŞ-da seçkilərə iddia olunan müdaxiləyə görə cəzalandırmağı hədəfləyir, Moskva isə bunu danır.

«Rusiya təzyiq altında güzəştlərə getmir və əmrlə heç nəyi yerinə yetirmir», – Ryabkov söyləyib.

Daha öncə Rusiyanın baş naziri Dmitry Medvedev də demişdi ki, sanksiyalar sonucda Rusiya iqtisadiyyatını daha da gücləndirəcək.

Ancaq iqtisadçılar sanksiyaların 2014-cü ildən bəri Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu deyirlər.

13 MİLYONDAN ÇOX «MIR» KARTI

Rusiya qlobal bazarlarda satdığı neft və qaza görə ödənişləri dollardan fərqli valyutayla aparmağa çalışır, «Visa», «MasterCard» və digər Qərb ödəniş sistemlərindən asılılığı azaltmaq niyyətiylə yeni milli ödəniş sistemi də tətbiq edib.

***Buna da bax-Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

Krımın qanunsuz ilhaqından sonra Qərbin kart şirkətləri bəzi Rusiya bankları vasitəsiylə xidmətləri dayandırıblar. Həmin vaxt Rusiya mərkəzi bankı «Mir» adlı ödəniş sistemini işə saldı. Rəsmi məlumata görə, hazırda Rusiyada 13.9 milyondan çox «Mir» kartı buraxılıb, bu, əhalinin təxminən 10 faizi deməkdir.

Rusiyada çalışan 380-dən çox bank bu kartları qəbul edir. Əksər şirkətlər, kafelər, mağazalar, restoranlar və yanacaqdoldurma stansiyaları da «Mir»lə ödənişləri qəbul edir.

20 MİLYARD DOLLARLIQ TİCARƏT

S.Ryabkov müsahibəsində deyib ki, Rusiya 2014-cü ildən bəri sanksiyalara alışıb. Onun sözlərinə görə, ABŞ Konqresi ticarətə sərt qadağaları ona görə yekdilliklə qəbul edib ki, Birləşmiş Ştatlar Rusiyayla elə də çox ticarət aparmır.

Nazir müavininin fikrincə, sanksiyalar Rusiyada iş görən daha çox Amerika şirkətinə ziyan vursaydı, konqresmenlər belə sərt cəzalar qoymazdılar.

2013-cü ildə, sanksiyalardan öncə ABŞ-la Rusiya 38.1 milyard dollarlıq ticarət edib. 2014-cü ildə bu rəqəm 20.3 milyard dollara düşüb.

Müqayisə üçün, 2014-cü ildə ABŞ-ın Avropa Birliyi ilə ticarət dövriyyəsi 3.6 trilyon dollar, Çinlə 687 milyard dollara bərabər olub.

XS
SM
MD
LG