Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:41

Rusiya yenə tələb məktubu verir, Bayden 'hələ oxumamışam' deyir


ABŞ prezidenti Ohayo ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarına cavab verib
ABŞ prezidenti Ohayo ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarına cavab verib

Reuters yazır ki, səfir müavininin Rusiyadan çıxarılması səbəbləri hələlik məlum deyil

ABŞ prezidenti Co Bayden deyib ki, indi Rusiyanın Ukraynaya müdaxilə təhlükəsi “çox yüksəkdir”.

Lakin prezident bildirib ki, Rusiyanın ABŞ-ın iki diplomatını ölkədən çıxarmasına baxmayaraq “diplomatik həll qapıları” hələ də açıqdır.

Bayden fevralın 17-də deyib ki, Rusiyanın ABŞ-a cavabı o Ağ Evdən çıxarkən gəlib və buna görə də sənədlə hələ tanış ola bilməyib.

Prezident bunu da bildirib ki, Rusiya öz qoşunlarını Ukrayna həndəvərindən hələ də çəkməyib.

Bayden inandığını bildirib ki, Rusiya mümkün müdaxiləyə bəhanə əldə etmək məqsədilə “yalançı əməliyyat” keçirib.

ABŞ prezidentinin sözlərinə görə müdaxilə bu “bir neçə gün ərzində” baş verə bilər.

Bu arada ABŞ Dövlət Departamenti Rusiya səfirinin müavini Bart Qormanın və daha bir ABŞ diplomatının ölkədən çıxarıldığını təsdiq edib.

Bəyanatda deyilir ki, Moskva bu addımı heç bir səbəb olmadan atıb və Vaşinqton bu hadisəyə reaksiyanı nəzərdən keçirir.

Prezident Biden Rusiya xalqına üz tutur
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

“Rusiya müharibə cığırındadır”

ABŞ dövlət katibi Entoni Blinken fevralın 17-də BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Rusiya “müharibə çığırı ilə addımlamaqda” davam edir.

O bildirib ki, indiki böhranın yeganə səbəbi Rusiyanın Ukrayna sərhədində böyük qoşun cəmləşdirməsidir.

O da qeyd edib ki, Rusiya qarşıdan gələn günlərdə Ukraynaya hücuma hazırlaşır və bu müdaxiləni əsaslandırması üçün bundan əvvəl hansısa saxta və ya real həmlələr edəcəyi gözlənilir.

Blinken deyib ki, Rusiyanın hədəfləri arasında 2.8 milyonluq əhalisi olan Kiyev də var.

Dövlət katibi deyib ki, o bu iclasa “müharibəni dayandırmaq üçün yox, qarşısını almaq” üçün gəlib.

Blinken deyib ki, o lazım gələrsə onda olan informasiyanı detalları ilə aça bilər.

O habelə deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu gələn həftə daha bir görüşə çağırıb.

Bart Qorman
Bart Qorman

Rusiya yenə tələb edir, ABŞ səfirinin müavinini ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi fevralın 17-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivana Birləşmiş Ştatların təhlükəsizliyə dair təkliflərinə Rusiyanın yazılı cavabını təqdim edib.

Bu, əslində ABŞ-ın Rusiyanın tələblərinə əks-təklifləri idi.

Rusiyanın TASS dövlət xəbər agentliyi Rusiyanın cavabının tam mətnini dərc edib.

Cavabda deyilir ki, “Amerika tərəfi Rusiyanın təhlükəsizlik qarantiyaları ilə bağlı ABŞ-la müqavilənin baza elementləri barədə təklifinə konstruktiv cavab verməyib”.

Rusiya ABŞ və NATO-dan alyansın bundan sonra genişlənməsindən imtina olunmasını və hətta “NATO infrastrukturunun zərbə potensialı da daxil 1997-ci ildəki vəziyyətinə qaytarılmasını” tələb edir.

Sənəddə deyilir ki, “Rusiya buna, o cümlədən hərbi-texniki tədbirlərin həyata keçirilməsi ilə reaksiya verməli olacaq”.

Tələblər

XİN-in bəyanatında bir daha deyilir ki, Rusiya Ukraynaya müdaxilə hazırlamır və Qərbin bunun əksini iddia etməsi “Rusiyanın təhlükəsizliyə dair təkliflərini gözdən salmaq məqsədi güdür”.

Bəyanatda Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırılır və prezident Vladimir Putinin belə bir arqumenti təkrar olunur ki, Ukraynanın NATO-ya qəbul edilməsi Krıma görə Rusiya ilə NATO arasında müharibə təhlükəsi yaradır.

Rusiyanın cavabında deyilir:

"Ukrayna ətrafında deeskalasiya üçün növbəti addımların atılması prinsipial baxımdan mühümdür: Kiyevin kompleks tədbirlərin icrasına məcbur edilməsi, Ukraynaya silah göndərilməsinin dayandırılması, oradan bütün Qərb müşavir və təlimatçılarının çıxarılması, NATO ölkələrinin Ukrayna silahlı qüvvələri ilə hər hansı birgə təlimlərdən imtina etməsi və bundan əvvəl Ukraynaya gətirilmiş bütün xarici silahların oradan çıxarılması”.

Ukrayna mülki obyektlərinin atəşə tutulduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Paket tələb

Rusiya habelə Birləşmiş Ştatların mərkəzi və şərqi Avropada və Baltikyanıda mənzillənmiş hərbi qüvvələrinin və silahlarının oradan çıxarılmasında israr edir.

Sənəddə bildirilir ki, Rusiya orta və daha qısa mənzillli raketlər də daxil ABŞ-ın bir sıra təkliflərini müzakirə etməyə hazırdır.

Sənəddən Moskvanın tələblərinin “paket xarakteri” daşıdığı, başqa sözlərlə hər hansı dialoqun NATO-nun genişlənməsindən imtina edildiyi halda mümkün olacağı məlum olur.

Rusiyanın bu tələblərinə ABŞ və onun müttəfiqləri hələki cavab verməyiblər.

Bu arada Rusiyanın RIA Novosti və Interfax agentlikləri ABŞ səfirinin müavini Bart Qormanın ölkədən çıxarıldığını xəbər verirlər.

Interfax ABŞ səfirliyinə istinadən yazıb ki, Vaşinton bu addımın cavabsız qalmayacağını bildirib.

Reuters yazır ki, səfir müavininin Rusiyadan çıxarılması səbəbləri hələlik məlum deyil.

XS
SM
MD
LG