Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Reuters: Rusiya Türkiyənin Azərbaycanda ayrıca post qurmasını istəmir


Suriya sərhədində Türkiyə əsgəri (Arxiv fotosu)
Suriya sərhədində Türkiyə əsgəri (Arxiv fotosu)

Ankaranın Azərbaycan ərazisində müstəqil hərbi müşahidə postu qurmaq niyyəti ilə bağlı Türkiyə və Rusiya arasında fikir ixtilafı yaranıb.

Bu barədə məlumatı Türkiyədəki mənbəyə istinadən Reuters agentliyi verib.

Bundan əvvəl iki ölkə Dağlıq Qarabağdakı atəşkəsə nəzarət olunması üçün birgə müşahidə mərkəzinin yaradılması barədə razılıq əldə etmişdilər.

Bu barədə razılaşma Türkiyə və Rusiya arasında hələ noyabrın 10-da əldə olunmuşdu.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları atəşkəs razılaşmasına əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2000-dək Rusiya sülhməramlısı yerləşdirilib.

Rusiya və Türkiyə rəsmiləri hələki hətta birgə mərkəzin də parametrləri və montorinq mexanizminin detallarını müzakirə edirlər.

Əvvəl-axır kompromisin olacağı gözlənilir

Reuters bildirir ki, Azərbaycanın müttəfiqi Türkiyə sözü gedən müştərək mərkəzdən başqa, həm də ayrıca olaraq özünün müşahidə postunun qurulmasında israr edir.

Adının çəkilməsini istəməyən Türkiyə mənbəyi Reuters-ə deyib:

“Rusiya düşünür ki, Türkiyənin regionda müştərək mərkəzdən müstəqil müşahidə postu qurmasında lüzum görmür, amma Türkiyə bunun zəruri olduğunda israr edir”.

Mənbə bunu da bildirib ki, sözü gedən məsələ Moskvada müzakirə olunacaq və son nəticədə Türkiyənin Rusiya ilə kompromis əldə edəcəyi gözlənilir.

Reuters yazır ki, bu xəbərlə bağlı hələki Rusiya, Azərbaycan və ya Ermənistan heç bir rəsmi açıqlama verməyiblər.

Fransa ötən həftə bildirmişdi ki, Paris atəşkəsin icrasına beynəlxalq nəzarətin yaradılmasını istəyir.

Paris narahatdır ki, Ankara və Moskva arasında razılaşma Qərb güclərini bu məsələdə qapı arxasında qoya bilər.

XS
SM
MD
LG