Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40
Kiyevə raket zərbələri endirilir. Teleqülləyə də raket düşüb
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Kiyevə raket zərbələri endirilir. Teleqülləyə də raket düşüb

Ukraynaya hücumun 7-ci günü. Danışıqlarda ikinci raund

Rusiyanın Ukraynaya hücumunun altıncı günü haqda burada oxu

İtkilər barədə məlumatlar ziddiyyətlidir

Rusiyanın Müdafiə Nazirliyi martın 2-də ilk dəfə olaraq Ukraynadakı qoşunlarının itkiləri barədə məlumat verib.

Məlumatda 498 hərbi qulluqçunun həlak olduğu, daha 1597 yaralının olduğu xəbər verilir.

Moskva iddia edir ki, Ukrayna ordusu 2870 hərbçisini itirib və daha 3700 yaralısı var.

Lakin Kiyevin verdiyi məlumat bundan kəskin fərqlənir.

Milli Təhlükəslizlik və Müdafiə Şurasının başçısı Oleksi Danilov bildirir ki, Ukraynada müharibənin bir həftəsi ərzində Rusiya tərəfinin itkisi təxminən 8 min olub və bunun 6 mini həlak olanlardır.

O iddia edib ki, Rusiyanın 2 min əsgəri meşələrdədir. Onun fikrincə bunlar müharibədən qaçanlardır.

Əhmədinejad da Ukraynanı dəstəkləyir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Ukrayna xalqına və rəhbərliyinə dəstək ifadə edib.

"Böyük Ukrayna xalqı, prezident Zelenski. Sizin nəcib və demək olar misilsiz müqavimətiniz insanlıq düşmənlərinin iblisanə planlarını ifşa etdi. Bilin ki, bu böyük dövlət – İran sizinlədir və sizin qəhrəman dirənişinizə heyrandır”.

Mahmud Əjmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub. O radikal mühafizəkar kimi Qərbə və xüsusilə də İsrailə qarşı kəskin mövqeyi ilə tanınıb.

XS
SM
MD
LG